Siyasət

  • 3 584

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin seçiciləri ilə görüş keçirilib

image

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində martın 18-də Goranboy, Ağdam və Tərtər rayonunun bir çox yaşayış məntəqələrində deputatın ofisinin nümayəndələrinin yerli ictimaiyyət və seçicilərlə səyyar görüşləri keçirilib.

Görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmizdə və adı çəkilən rayonlarda uğurla həyata keçirilən dövlət proqramları, infrastruktur layihələri, quruculuq-abadlıq işləri vurğulanıb, dövlət başçısının əhalinin və vətəndaşlarımızın sosial müdafiəsinə yönəlmiş yeni sosial islahat paketinin tərkib hissəsi olan son fərman və sərəncamlarının (əməkhaqqılar, müavinətlər, şəhid ailələri və məcburi köçkünlər, problemli kreditlər, çoxmənzilli yaşayış binalarında mülkiyyət hüququ verən sənədlərin verilməsinin asanlaşdırılması və s.barədə atılan addımlar) mahiyyəti haqda geniş məlumat verilib və bütün bu işlər yüksək dəyərləndirilib.
Görüşlərdə həmçinin deputat ofisinin nümayəndələri tərəfindən bir qrup seçicinin fərdi və kollektiv qaydada müraciətləri dinlənilib və onların qaldırdıqları sosial problemlərin həllində mövcud imkanlar daxilində onlara köməklik göstərilib.
Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər. Görüşlərdə bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi barədə seçicilərə məlumat verilib.

yap.org.az

Digər xəbərlər