Siyasət

  • 4 520

Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz bayramı münasibətilə tədbir keçirilib

image

Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri, GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı açaraq tədbir iştirakçılarının bayram münasibəti ilə təbrik edərək, qeyd eib ki,tarixi qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd edilir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi,adət-ənənələrimizi özündə yaşadan Növruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi,onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşğunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, dünya birliyinə uğurla inteqrasiya edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görür.
Tədbirdə Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərov, 8 saylı körpələr evi-uşaq bağçasının müdiri Əsmər Şərifova və digər çıxış edənlər də, Novruz bayramı münasibətilə uşaqları təbrik ediblər.
Tədbirdə “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” nin balaca fidanların ifasında Novruz adət-ənənələrindən ibarət çıxışı və təqdim edilən musiqi, səhnə, rəqs nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb.

yap.org.az

Digər xəbərlər