Siyasət

  • 3 750

"Prezident daha bir hümanist addım atdı” ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Prezidenti İlham Əliyev daim hümanist addımlar atır və Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalamaqla daha bir hümanist addım atdı”. Bunu SİA-ya millət vəkili Bəxtiyar Əliyev deyib.Onun sözlərinə görə, bu sərəncam Azərbaycanda demokratiya və hüquqi dövlət quruculuğunun bir təzahürüdür: "Hesab edirəm ki, bu, Azərbaycanda cinayətkarlığın qarşısının alınması, priventiv tədbirlərin görülməsi üçün də yaxşı bir nümunədir. Çünki əfv olunan şəxslər cəzaçəkmə müəssisələrində islah olunmuş, öz təqsirlərindən peşmançılıq hissi keçirən insanlardır. Eyni zamanda, əfv olunanların ailə vəziyyəti, sağlamlıq durumları ilə bağlı olan hər bir məsələ nəzərə alınır. Bu bir daha onu göstərir ki, dövlət başçısı daim insanlara diqqət və qayğı göstərir".Deputat bildirib ki, bu əfv sərəncamının Novruz bayramı ərəfəsində verilməsinin xüsusi bir əhəmiyyəti var: "Bunun rəmzi mənası ondan ibarətdir ki, azərbaycanlılar arasında həmrəylik daha da güclənir. Ölkəmizdə gedən bu yüksəliş eyni zamanda, torpaqlarımızın erməni işğalından azad edilməsi üçün həmrəyliyi daha da möhkəmləndiri r”.

sia.az

Digər xəbərlər