Əli Əhmədov: Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir

“Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin daha bir nümunəsidir.” Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Əli Əhmədov xatırladıb ki, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam 400-dən artıq insana şamil edildi: “Bu, Prezident İlham Əliyevin böyük humanizmindən xəbər verir. Dövlətimizin başçısı müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə sevinc bəxş etdi. Bu sərəncam birinci deyil, dəfələrlə belə sərəncamlar imzalanıb. Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir. Əgər bu adamlar səhvlərini başa düşüblərsə, Prezident humanizmlik göstərir və əfv edir”.

yap.org.az