Siyasət

  • 3 532

"Prezidentin rəhbərliyi ilə iqtisadiyyatın Azərbaycan modeli formalaşıb" MÖVQE-ÖZƏL

image

“Ölkəmizdə qeyri-neft sektoru üzrə istehsalın və ixracın artırılması, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə yeni dəstək mexanizmlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.Onun sözlərinə görə, sahibkarlığa dövlət dəstəyi sisteminin tərkib hissəsi kimi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, ixrac missiyalarının təşkili və digər tədbirlər ölkəmizdə sahibkarlığın davamlı inkişafının təmin olunmasına və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artmasında mühüm rol oynayır: “Şəffaf biznes və sağlam rəqabət mühitində sahibkarlığın genişlənməsinə əlverişli şərait yaradılması Azərbaycanın dinamik və uzunmüddətli inkişafı məqsədilə aparılan uğurlu siyasətin əsas istiqamətlərindəndir. Bu siyasət milli iqtisadiyyatda, eyni zamanda, insan kapitalının inkişafında, yeni iş yerlərinin yaradılmasında, əmək bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində özəl sektorun rolunun əhəmiyyətli şəkildə artmasına səbəb olub”.Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin tərkibində vətəndaşların rifah halının yaxşılaşdırılmasının dayandığını deyən deputat söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır: “Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Problemli kreditlərin həlli ilə bağlı Fərmanın imzalanması bir daha təsdiqləyir ki, Azərbaycan əhalinin sosial məsələlərinin həllində dünyada öz liderliyini nümayiş etdirir”.

sia.az

Digər xəbərlər