Siyasət

  • 3 836

“Əvəz, səni bu qədər də qorxaq və aciz olduğunu bilmirdim” ETİBAR HÜSEYNOV

image

“Xural” qəzetinin baş redaktoru, hazırda “Qaynar qazan” layihəsi ilə fəaliyyət göstərən Əvəz Zeynallının ARB telekanalında “Sitatın sonu” layihəsinin aparıcısı, tanınmış jurnalist Etibar Hüseynov tərəfindən canlı yayım vasitəsi ilə debata dəvəti və birincinin həmin debatdan yayınma cəhdləri ittiham və faktlarla davam edib. SİA xəbər verir ki, fikirlərini “Facebook” sosial şəbəkəsində ictimailəşdirən Etibar Hüseynov Əvəz Zeynallının “Yeni Müsavat”da keçiriləcəyi gözlənilən debatdan imtinasını özünəməxsus şərhi ilə diqqətə çatdırıb.“Mənim və aparıcının bütün təkidlərinə baxmayaraq, Əvəz Zeynallı, "Yeni Müsavat"da baş tutacaq "canlı yayın"a gəlməkdən imtina elədi. Min bir bəsit, gülünc və əsassız bəhanələr gətirərək”, deyə qeyd edən Etibar Hüseynov yazıb: “Adamı "canlı-canlı", "qanlı-qanlı" efirə dəvət edərəm, imtina eləyib özünün "cansız Qazan"ına çağırır. Deyirəm: "canlı" elə gəlim, problem yoxdu". Deyir, "canlı" eləməyə texniki imkanım yoxdu". Yalan deyir, çünki az qala hər gün öz tədbirlərindən saatlar boyu "canlı yayın"lar edir”.Etibar Hüseynov, Əvəz Zeynallının digər yalanını və vədini yerinə yetirmədiyini fakt olaraq, ortaya çıxarıb. Belə ki, 12 il öncə Rəhim Qazıyevlə debatının videoyazısını əks etdirən kasetin hələ də ona verilmədiyini deyən Etibar Hüseynov əlavə edib ki, bu onun qorxaqlığından və acizliyindən irəli gələn haldır: “Çox danışmaq istəmirəm. Sadəcə deyim ki, Əvəz, səni bu qədər də qorxaq və aciz olduğunu bilmirdim. Buna görə də səni qınamıram. Çünki əlimin duzuna bələdsən. Di get... Amma dostun və qardaşın Rəhim Qaziyevin mənimlə debat kasetinin surətini göndər. Az qala 12 ildir ki, bütün təkidlərimə rəğmən verməyib, gizlədirsən. Cəsarətli ol, Rəhim olma...Sitatın sonu.”

sia.az

Digər xəbərlər