Siyasət

  • 3 132

"Regionlarımız dünyanın turizm məkanlarına çevrilməkdədir" MÖVQE-ÖZƏL

image

“Ölkənin dayanıqlı və inklüziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi bütün sahələrlə yanaşı, regionların inkişafına da mühüm təsir edir. Bu istiqamətdə indiyədək həyata keçirilən 3 və yeni qəbul edilən 4-cü Dövlət Proqramı da regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması yönümündə hazırlanmış mühüm Dövlət proqramıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov açıqlamasında deyib.Prezident İlham Əliyevin qəti mövqe və siyasi iradə ortaya qoyaraq diqqəti ən ümdə məsələlərə yönəltdiyini deyən deputat söyləyib ki, ölkəmizdə sosial sahə, əhalinin rifah halının yaxşılaşdırılması həyata keçirilən işlərin prioritetini təşkil edir.Onun sözlərinə görə, dövlət başçısının vətəndaşlarla birbaşa təmasda olması beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilir: “Xüsusilə də son 1 il müddətində dövlət başçısının vətəndaşlarla müxtəlif tədbirlər, görüşlər çərçivəsində təması, insanları narahat edən məsələlərlə yerindəcə tanış olması, baş verən hadisələrə operativ reaksiya verməsi bir daha göstərir ki, Azərbaycan dövləti, Prezidentinin apardığı siyasətin əsasında vətəndaş amili dayanır”.T.Süleymanov bildirib ki, ölkəmizin hərtərəfli inkişafı regionların timsalında da özünü yüksək səviyyədə ifadə edir: “İnkişaf nəticəsində Azərbaycanın regionları bu gün dünyanın turizm məkanlarına çevrilməkdədir. 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynayıb. Ötən 15 il ərzində üç Dövlət Proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artıb”.

yap.org.az

Digər xəbərlər