Siyasət

  • 3 326

"Tramp yeni qalmaqallı qərara imza atdı" ÖZƏL-MÖVQE

image

"ABŞ prezidenti Donald Tramp yeni qalmaqallı qərara imza atdı". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, Vaşinqton İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilatlar siyahısına daxil etdi: "Bu nə deməkdir? Birincisi, o biri terrorçu təşkilatlara qarşı hansı addımlar atılırsa, SEPAH-a qarşı da bənzər addımlar atılacaq. SEPAH-ın müxtəlif ölkələrdəki bank hesabları nəzarətə götürüləcək. İkincisi, SEPAH təmsilçiləri xarici ölkələrə səfərlərində ehtiyatlı olmalıdırlar, onların həbs təhlükələri artır. Tramp administrasiyası İranın zəifləməsini və indiki rejimin dəyişməsini istəyir. Bunun üçün sanksiyalar tətbiq edirlər. İranın əsas gücü SEPAH-dadır. Bu təşkilat dövlət içində dövlətdir, milyardlarla dollar maliyyəsi var. Ona görə də Vaşinqton İran rejimini zəiflətməyin yolunun SEPAH-ı zəiflətməkdən keçdiyini düşünür. İranın içində də SEPAH-ın zəifləməsini istəyən qüvvələr var. Bu mənada həmin qüvvələr gizli şəkildə Amerikanın yeni planından məmnundurlar".

sia.az

Digər xəbərlər