Siyasət

  • 3 803

Rauf Əliyev: Azərbaycan xalqı öz Prezidentinin yanındadır və dövlət başçısına etimad ən yüksək səviyyədədir

image

“Fransanın “Opinion Way” şirkəti tərəfindən aparılan rəy sorğusunun nəticələri göstərdi ki, Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Azərbaycan xalqı öz Prezidentinin yanındadır və dövlət başçısına etimad ən yüksək səviyyədədir”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, nüfuzlu və müstəqil bir şirkət olan “Opinion Way” tərəfinddən sorğu zamanı respondentlərə təqdim olunan bütün suallara verilən cavablar göstərir ki, Azərbaycan xalqı dövlət başçısının həm daxili həm də xarici siyasətini dəstəkləyir. Rəyi soruşulanların fikirinə görə dünyada və bölgədə baş verən çoxsaylı mənfi proseslərə baxmayaraq Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirmiş, xalqın əmin amanlığının təmin olunması, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün lazımı tədbirlərin görülməsini təmin etmişdir. Bu ilin əvvəlindən Azərbaycan əhalisinin 3 milyonuna qədərini əhatə edən sosial islahatlar paketinin icrasına başlanmışdır və bu islahatlar uğurla həyata keçirilir.
““Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına rəyi soruşulanların 85,1 faizi bütünlükdə müsbət cavab veriblər. “Azərbaycanda keçirilən sosial iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son bir ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi müsbət cavab verib. Respondentlərin bu cavabı müxtəlif səviyyəli ekspertlərin, beynəlxalq təşkilatların və maliyyə qurumlarının qiymətləndirməsi ilə üst-üstə düşür. Dünya Bankının “Doinq Business” hesabatında Azərbaycan hazırda 25-ci yerdə qərarlaşıb. “Opinion Way” –in “İlham Əliyevin qəbul etdiyi Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçidiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına rəyi soruşulanların 93,1 faizi hə cavabı verib. Bu yüksək nəticə onunla izah olunur ki, bu vaxta qədər Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən 3 Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin bütün infrastrukturaları o cümlədən sosial sahələrə aid olan infrastrukturaları müasir standartlara uyğun olaraq yenidən qurulmuşdur. Bölgələrdə çoxlu sayda istehsal müəssisələri , 2 milyondan artıq yeni iş yerləri yaradılmış, müxtəlif sahələrin o cümlədən qeyri-neft sektorunun əsaslı inkişafına nail olunmuş, yeni məktəblər, xəstəxanalar tikilmiş və yeni yollar salınmışdır. Bu ilin yanvar ayında isə Regionların sosial-iqtisadi inkişafına dair 4-cü Dövlət Proqramı qəbul edilmiş və uğurla həyata keçirilməyə başlanıb. Sorğunun nəticələri Azərbaycan xalqının cənab Pprezident İlham Əliyevə böyük etimad göstərdiyini, ona güvəndiyini bir daha təstiq edir. Azərbaycan xalqı əmindir ki, bundan sonra da respublikamız cənab Prezidentin müyyənləşdirdiyi sosial-iqtisadi inkişafın ancaq Azərbaycana məxsus yolu ilə uğurla inkişaf edəcək və qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək”-deyə, R.Əliyev qeyd edib.

yap.org.az

Digər xəbərlər