Siyasət

  • 3 658

Rob Sobhani: Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi üzrə qətiyyətli addımları

image

Azərbaycanın beynəlxalq statusunun yaxşılaşmasında əsas amil oldu
Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi üzrə ölçülüb-biçilmiş və qətiyyətli addımları Azərbaycanın beynəlxalq statusunun yaxşılaşmasında əsas amil oldu. Bunu “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.
O bildirib ki, Prezident İlham Əliyevin aqrobiznes, yüngül sənaye, sahibkarlıq, turizm, ətraf mühitin yaxşılaşdırılması və informasiya texnologiyalarına xüsusi diqqəti beynəlxalq KİV nümayəndələri tərəfindən Azərbaycanın düzgün istiqamətdə irəliləməsinin göstəricisi kimi qeyd edilib.
R.Sobhani deyib ki, Prezident İlham Əliyevin Azərbaycanı Avropada enerji daşıyıcılarının idxalçıları üçün etibarlı, təhlükəsiz və uzunmüddətli tərəfdaş kimi təqdim etməsi faktı ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir: “İtaliya xəstəxanalarının, Bolqarıstan və ya Yunanıstan məktəblərinin, bu ölkələrin enerji ehtiyatlarına çıxışı olmayan ucqar bölgələrinin işıqlandırılması Azərbaycanın təbii qazı sayəsində mümkün olacaq. Avropalı istehlakçılar əmin ola bilər ki, onların enerji tələbatları hər zaman ödəniləcək, çünki bu irimiqyaslı layihənin başında Azərbaycan Prezidenti İlham Əliyev dayanır”.
“Caspian Group Holdings”in baş direktoru vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanı sakit olmayan regionda sabitlik adası kimi təqdim edib: "Üstəlik, Azərbaycan ərazilərinin işğalına baxmayaraq, Prezident İlham Əliyev Ermənistanla münaqişəni sülh yolu ilə nizamlamağı arzulamaqla dünya liderlərindən biri olduğunu göstərdi. Məhz bu səbəbdən biz Birləşmiş Ştatların hökumətinin xüsusilə də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana və regiona səfərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına marağının artmasını müşahidə edirik”.
R.Sobhani qeyd edib ki, vacib amillərdən biri də İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsində fərdi liderlik keyfiyyətləridir.
O əlavə edib ki, Azərbaycanın coğrafi mövqeyi ölkəyə iqlim dəyişiklikləri və konfessiyalararası dialoq kimi dünya ictimaiyyəti üçün vacib olan bir çox məsələlərin həlli baxımından platformaya çevrilməyə imkan verir.

yap.org.az

Digər xəbərlər