Siyasət

  • 4 329

"Paşinyana ünvanlanan suallar reallığı əks etdirəcək" ÖZƏL - MÖVQE

image

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında öncül məsələ Cənubi Qafqazda sülh məsələsi olacaq. Bu konteksdə də Ermənistan baş naziri Nikol Paşinyana Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı çoxsaylı suallar ünvanlanacaq. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh yaradılmasına dair danışıqlar prosesinin gedişi və bu danışıqlar prosesinin Paşinyan tərəfindən necə görünməsi məsələsi də sözsüz ki, verilən suallar arasında olacaq". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, Paşinyana bununla belə ölkəsinin siyasi arentasiyası, inkişafı haqqında da məlumat veriləcək. Bu konteksdə ondan soruşulacaq ki, nəyə görə Ermənistan dövlətinin ərazisində münaqişəni nizama salan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri Rusiyanın bir neçə hərbi bazası yerləşir və nəyə görə Ermənistanın sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Paşinyana ünvanlanacaq suallar içərisində həmçinin işğal edilmiş ərazilərin, Azərbaycan ərazilərinin yağmalanması, orada olan təbii sərvətlərin istismar edilməsi və insanlara məxsus olan evlərin-eşiklərin dağıdılaraq talan edilməsi də olacaq. Yəni Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonun etnik təmizlənməsi məsələsi və buradan bir milyondan artıq insanın çıxarılması məsələsi də verilən suallar arasında mütləq olacaq.Həmçinin Paşinyandan soruşulacaq ki, verdiyi vədlər içərisində əhalinin maddi rifahının yaxşılaşdırılması, ölkəyə xarici investisiyaların cəlb edilməsi və s. məsələr var idi. Bəs bu istiqamətdə hansı işlər görülüb? Yəqinki o bu məsələlərə cavab verərkən deyəcək sözü olmayacaq. Çünki Ermənistan Paşinyan dövründə iqtisadi cəhətdən daha da geriyə atılıb və əhalinin maddi rifahı daha da pisləşib. Ondan eyni zamanda soruşulacaq ki, Cənubi Qafqaz regionunun gələcəyini necə görür? Bu regiondan Gürcüstanın, Azərbaycanın işğal edilmiş əraziləri var. İşğal faktlarını həyata keçirən Rusiyadır və ona dəstək verən də Ermənistandır".Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 10-11 apreldə Fransanın Strasburq şəhərinə işgüzar səfər edərək, Avropa Şurasında bir sıra görüşlər keçirəcək. Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının planar iclasında çıxış edəcək və deputatların suallarını cavablandıracaq. Həmçinin, Paşinyanın Avropa Şurasının baş katibi Turbyorn Yaqlandla və AŞPA-nın sədri Lilian Mori Paskye ilə də görüşəcəyi bildirilir.

sia.az

Digər xəbərlər