YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin konfransı keçirilib. SİA-nın məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları Hadı Rəcəbli və Cavanşir Paşazadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə konfransdan əvvəl Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Konfrans Heydər Əliyev Mərkəzində Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb.ŞİH-nin başçısı Taleh Qaraşov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti, gənclərin hər zaman hamisi və dostu cənab İlham Əliyevin Lənkərana və lənkəranlılara sonsuz diqqət və qayğı göstərdiyini, dövlət rəhbərinin şəhərə tarixi səfərlərinin, o cümlədən 2017-ci ilin sentyabr, 2018-ci ilin oktyabr aylarında Lənkərana gəlişinin hər bir rayon sakininə böyük qürur hissi bəxş etdiyini, əldə olunan qələbələrin başlıca stimulu olduğunu bildirib. Lənkəran şəhərinin inkişaf və tərəqqisində gənclərin geniş fəallığına xüsusi önəm verildiyini vurğulayan İcra başçısı onları ölkəmizin, eləcə də şəhər və rayonun ictimai-siyasi həyatında daha da fəal olmağa çağırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Daha sonra YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Uğur Qurbanzadə hesabat məruzəsi ilə çıxış edib.Milli Məclisin deputatları Hadı Rəcəbli və Cavanşir Paşazadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər natiqlər məruzə ətrafında çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən və qazanılan uğurlarda Lənkəran gənclərinin, o cümlədən YAP Gənclər Birliyi üzvlərinin müstəsna rolundan bəhs ediblər.YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunub.Daha sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Lənkəran şəhər təşkilatının məsləhətçisi Teymur Babazadə təşkilatın Gənclər Birliyinin sədri seçilib.Konfransda 15 nəfərdən ibarət Şura üzvləri, 9 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi müəyyənləşdirilib.Konfrans Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başa çatıb.

sia.az