Siyasət

  • 3 802

"Paşinyan məkirli siyasətindən əl çəkməyəcək" ÖZƏL-RƏY

image

"Ümumiyyətlə Ermənistan baş naziri Nikol Paşinyan peşəkar siyasətçi deyil. Ona görə də Paşinyanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının planar iclasında çıxışı və deputatların ona ünvanladığı suallarından hər şey daha çox asılı olacaq. Çünki orada provokasiyon suallar da olacaq". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib."Şübhə etmirəm ki, orada ermənilərin əvvəlcədən hazırladığı suallar da öz əksini tapacaq. Təbii ki, burada birinci yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tutuacaq. Çünki Paşinyan hər görüşdən sonra bir cür sayaqlayır. Paşinyan özü bir şey deyir, onun müdafiə naziri tamam başqa şey deyir, Ermənistan xarici işlər naziri isə bir ayrı cür havada danışır. O İrəvanda olanda bir cür çıxış edir, Xankəndində olanda isə tamam ayrı mövqeyə keçir. Ona görə də Paşinyan siyasətçi kimi proqnozlaşdırıla bilən siyasətçi deyil. Çünki bu adam küçədən gəlib. Amma bütün hallarda Paşinyan yenə də öz məkirli siyasətindən əl çəkməyəcək. O danışıqlarda ya Qarabağın danışıqlarda iştirak etməsi məsələsini gündəmə gətirəcək, ya status-kvonun ümumiyyətlə dəyişdirilməsi məsələsindən giley-güzar edəcək, ya da orada Azərbaycanla bağlı qeyri-adi bir sayaqlama edəcək. Mən ondan normal bir şey gözləmirəm. Bir sözlə, erməni ermənidir. Mən ondan hər şey gözləyə bilərəm”-deyə, C.Nuriyev fikrini tamamlayıb.Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 10-11 apreldə Fransanın Strasburq şəhərinə işgüzar səfər edərək, Avropa Şurasında bir sıra görüşlər keçirəcək. Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının planar iclasında çıxış edəcək və deputatların suallarını cavablandıracaq. Həmçinin, Paşinyanın Avropa Şurasının baş katibi Turbyorn Yaqlandla və AŞPA-nın sədri Lilian Mori Paskye ilə də görüşəcəyi bildirilir.

sia.az

Digər xəbərlər