Siyasət

  • 4 331

Son 15+1il - Düşünülmüş siyasət, uğurlu nəticələr, real perespektivlər

image

İlham Əliyev: "Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək, tərəqqi və qələbələr yolu ilə gedəcək"

Azərbaycanın çağdaş tarixində yeni intibah mərhələsinin əsasını qoyan, milli mənafelərə söykənən strateji siyasi kursun ardıcıllığını təmin edən, respublikamızı dinamik inkişaf magistralına çıxarmaqla şanlı və əlamətdar hadisəyə çevrilən ölkə Prezidenti İlham Əliyevin Prezidentlik fəaliyyətinin - 15+1 ili. 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş Cənab İlham Əliyev respublikamızın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində, proqressiv islahatları təmin etməklə, böyük ictimai rəğbət qazanmış, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir.
Xalqının Prezidenti olduğunu əməli və yorulmaz fəaliyyəti ilə sübuta yetirmiş dövlət başçımızın keçdiyi həyat yoluna nəzər saldıqca, biz bir çox qürurverici hadisələrin, əzəmətli tarixi reallıqların şahidlərinə çevrilmiş oluruq. Belə ki, ötən müddət ərzində, Onun böyük uğurlarla zəngin olan siyasi addımları da təsdiq edir ki, Prezident İlham Əliyev siyasəti bir fenomenə çevrilmiş gerçəklikdir.

Çevik, qətiyyətli və düzgün qərarlar qəbul edən xalqın Prezidenti

"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"- deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar, Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir.
Bu illər ərzində, Azərbaycanda həyat günbəgün dəyişir. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın siması yeniləşir. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda, insanların düşüncələri də dəyişib. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam hər il görülən daha böyük uğurların nəticələrini gördükcə sabaha daha böyük bağlılıqla inanır.
Bu yerd Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm."
Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, son 16 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş və Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
16 illik Prezidentliyi dövründə Cənab İlham Əliyev xalqın etimadını əməli fəaliyyəti, xeyirli və gərəkli işləri ilə doğruldub. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində, ölkəmizdə orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb. Təbii ki, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin ötən il keçirilən prezident seçkilərində qələbə qazandıqdan sonra imzaladığı ilk Fərmanın şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında olması deyilənlərin əyani sübutudur. Onu da vurğulamaq lazımdır ki, bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi bu il ərzində başa çatdırılacaq. Bütün bunlar ölkə əhalisinin sosial vəziyyətlərinin yaxşılaşmasına və özlərini güvənli hiss etməsində daha geniş imkanlar yaradır.

Xalqın rifahı faktorunda İlham Əliyev LİDERLİYİ amili

Çünki Prezident İlham Əliyevin 16 illik Prezidentlik fəaliyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Ancaq daha bir fakt budur ki, tale hər bir xalqa bu cür mühüm xarizmalara sahib ola biləcək lider bəxş etmir. Nə xoşdur ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev dühasının tarixi liderliyini qəbul etməklə, yaşatmaqla bərabər, hazırda Onun layiqli davamçısı Cənab İlham Əliyev Liderliyi dövrünü yaşayır! Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib.
Prezident İlham Əliyev tarixi çıxışlarının birində vurğulayıb ki, Azərbaycan bu gün dünya üçün çox önəmli tərəfdaşa çevrilib: "Bu gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən qaynaqlanır. Bizim tərəfdaşlarımız bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur".
Bəli, bu həqiqətən də, belədir! ​Bu gün Azərbaycan xalqı, ilk olaraq öz Liderinə arxalanır, Xalqımız isə, məhz öz sevimli Prezidenti ətrafında daha da sıx biləşərək, ölkənin inkişaf və tərəqqisində inamla irəliləyir. BU YOL İSƏ ƏBƏDİ VƏ DÖNMƏZDİR!

Mehriban ABASQULİYEVA,
YAP Sabunçu rayon təşkilatının sədri

Digər xəbərlər