Siyasət

  • 4 276

XİN: Nikol Paşinyanın tez-tez bəyan etdiyi “sülh mühitinin yaradılması” azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil

image

Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi "sülh mühitinin yaradılması" Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil.

Bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında yer alıb.
Açıqlamada deyilir: “Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir. Əgər "A" deyilirsə, “B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır. Bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir, nəticələr isə, sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur”.

yap.org.az

Digər xəbərlər