Siyasət

  • 4 745

YAP Səbail GB-nın V Hesabat-seçki konfransı keçirilib TƏDBİR

image

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Gənclər Birliyinin V Hesabat-seçki konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev açaraq konfransın əhəmiyyətindən danışıb. O gəncləri ölkəmizin ictimai-siyasi həyatında daha fəal olmağa çağırıb, onlara uğurlar arzulayıb.Daha sonra Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi haqqında videofilm nümayiş olunub.YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov tərəfindən IV konfransdan keçən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi səsləndirilib. Hesabat məruzəsi ətrafında isə YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP GB Ofisinin koordinatoru Elmar Məmmədov, Qərbi Kaspi Universitetinin tələbəsi Fuad Heydərli çıxış ediblər.Toplantıda çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu və başqaları Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar. Çıxışlarda, həmçinin Səbail gənclərinin də ölkəmizin ictimai həyatında fəal iştirakından danışılıb, bu baxımdan Gənclər Birliyi üzvlərinin rolu yüksək qiymətləndirilib.Konfransda təşkilati məsələlərə də baxılıb və Ayxan Həsənov YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin yeni sədri seçilib.

sia.az

Digər xəbərlər