Siyasət

  • 3 803

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının gənclər birliyinin V hesabat-seçki konfransı olub

image

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib. Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda 69 ərazi ilk partiya təşkilatından 200 nümayəndə iştirak edib.

İştirakçılar əvvəlcə Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.
YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva tədbirdə çıxış edərək bildirib ki, təşkilat sıralarında 4010 üzvü birləşdirir. Onların 1120 nəfəri gəncdir. Gənclərin isə 781-i qadındır. Təşkilatın gənclər birliyinin üzvlərindən 567-si ali, 289-u orta ixtisas, 264-ü orta təhsillidir. Onlardan 563-ü təhsil, 101-i mədəniyyət, 123-ü səhiyyə sahələrində, 120-si idarəetmə orqanlarında, 126 nəfəri isə digər idarə və müəssisələrdə çalışır.
Sonra YAP Ucar rayon təşkilatının gənclər birliyinin sədri Ceyhun Qəhrəmanov hesabat məruzəsi ilə çıxış edib.
Məruzə ətrafında çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin Vətən qarşısındakı xidmətlərindən danışılıb. Qeyd olunub ki, müasir tariximizin böyük bir mərhələsi müdrik dövlət xadiminin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk edən bu nadir şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi yazılıb. Heydər Əliyevin siyasi fəaliyyətinin ən böyük zirvəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi müasir müstəqil Azərbaycandır. Hazırda ölkəmizin dünya birliyində söz sahibinə çevrilməsinin əsasını məhz ulu öndər Heydər Əliyev qoyub. İftixarla vurğulanıb ki, bu gün Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru iri addımlarla inamla irəliləyir.
Çıxışlarda, həmçinin YAP rayon təşkilatının gənclər birliyinin fəaliyyəti geniş təhlil edilib. Azərbaycanda, o cümlədən Ucarda sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan danışılıb, bu sahədə Yeni Azərbaycan Partiyasının, eləcə də onun sıralarında aparıcı qüvvə olan gənclərin rolu yüksək qiymətləndirilib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri - ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışlarında ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar.
Sonra təşkilati məsələlərə baxılıb. Konfransda YAP Ucar rayon təşkilatının gənclər birliyi şurasına 19, idarə heyətinə isə 11 nəfər seçilib. Ülvi Qəhrəmanzadə yenidən gənclər birliyinin sədri, Vüqar Səlimov və Yusif Məmmədov sədrin müavinləri seçiliblər. Bundan başqa, YAP Gənclər Birliyinin ümumrespublika konfransında iştirak edəcək iki nümayəndə də müəyyənləşdirilib.

yap.org.az

Digər xəbərlər