Siyasət

  • 2 200

"Matvienkonun Bakıya səfərinin arxasında nə dayanırdı?" ÖZƏL-RƏY

image

“Rusiya son zamanlar Venesuelladan tutmuş Liviyaya qədər, Liviyadan tutmuş Pakistana kimi dövlətlərdə ciddi şəkildə möhkəmlənməkdə israrlıdır. Təbii ki, rəsmi Moskva üçün Bakı ilə olan münasibətlər son dərəcə vacibdir. Çünki, Rusiya Cənubi Qafqaz və Orta Asiyaya öz məmləkətləri kimi baxmaqda davam etməkdədir. Matvienkonun Rusiya siyasətində MDB dövlətləri ilə münasibətlərində "danışan dil"dir desəm, yəgin ki, yanılmaram”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, Rusiya Federasiyası Şurasının spikeri Valentina Matvienko Ukrayna məsələsindən tutmuş ABŞ ilə münasibətlərə kimi - hər zaman Kremlin ismarıclarını verən 2-3 şəxsdən biridir: “Onun keçən həftə Bakıya baş tutmuş səfəri zamanı Azərbaycan ilə münasibətlərdə bildirdiyi müsbət notlu sözləri, hümanitar sahədə dövlətlərarasındakı münasibətlərin yüksək səviyyədə olmasını bildirməsi reallıqdır. Çünki, dünyada rus dilinin inkişafı və rus mədəniyyətinə verdiyi önəmə görə Azərbaycanın payı əvəzedilməzdir. Bu gün, Bakıda rus dilində orta və ali təhsil məktəblərinin sayı azalmır kı, artmaqda davam edir. Azərbaycan üçün şimal qonşusu ilə mehriban qonşuluq siyasəti hər zaman prioritet olmuşdur.Putin niyə məhz xanım Matvienkonu Bakıya göndərdi? Onun Bakı ilə münasibətləri pis deyil. Şoyqu və Matvienko ilə Azərbaycan arasında illərdir ki, ilıq münasibətlər mövcuddur. Təbii ki, Senatın spikeri Bakıya hümanitar məsələləri müzakirə etmək üçün gəlməmişdi. Fikrimcə, o, bağlı qapılar arasında Putinin bir sıra istəklərini Bakıda dilə gətiribdir: Azərbaycanın daxili siyasətində baş verən dəyişikliklərdən tutmuş xarici siyasətinə kimi rəsmi Kremlin nəzər nöqtəsindədir.Maraqlıdır kı, Rusiya Milli Qvardiya Qoşunlarının baş komandanı, general Viktor Zolotovun 2019-cu ilin sonunda keçirilməsi nəzərdə tutulan Rusiya-Çin genişmiqyaslı hərbi təlimlərinə Azərbaycanı da dəvət etmək niyyətində olduqlarını dilə gətirmişdir. ( 12 aprel 2019 - https://moscow baku.ru/…/rosgvardiya_priglasit_azerbaydzha…/ ). Təlimlərə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistan müşahidəçi qismində dəvət olunacaqlar. Azərbaycanın belə böyük bir təlimə dəvət olunacağı Ermənistanda ciddi narahatlığa səbəb olub. Erməni ekspertlərinin harayına görə, Rusiya-Çin təlimlərinə Azərbaycanın dəvəti KTMT çərçivəsində əməkdaşlığın məntiqinə sığımır. Lakin Azərbaycanın dəvət olunması təbii ki, Zolotovun şəxsi seçimi deyil. Bu prosesin arxasında Rusiya prezidenti Vladimir Putin dayanır”.

sia.az

Digər xəbərlər