Siyasət

  • 3 473

XİN rəhbərlərinin Moskva görüşü həlledici ola bilər ÖZƏL - ŞƏRH

image

Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatskanyan arasında keçiriləcək görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində seçim etmək üçün ən həlledici bir görüşdür". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, Moskvanın özü hal-hazırda Dağlıq Qarabağ münaqişəsinin həllindən ötrü darıxır: "Çünki münaqişənin həll olunmamış qalması Moskvanı sıxır, Avropa İttifaqının Azərbaycana münasibəti müsbət mənada dəyişir. Ölkə Prezidentinin Avropa İttifaqında apardığı siyasət bəlkə də gözlədiyimizdən də artıq bəhrə verdi. Avropa İttifaqı birmənalı şəkildə Azərbaycana dəstək verir. O cümlədən Dağlıq Qarabağ məsələsində həm Azərbaycana dəstək verir, həm də erməniləri cəzalandırır. Yəni belə bir vaxtda əgər bu Moskva görüşündə Sergey Lavrov yəni Kreml Ermənistanı tənzimləməyə razı sala bilməyəcəksə, artıq Qərb tərəfi Dağlıq Qarabağ məsələsindəki sükanı əlinə ala bilər.Əgər Moskvanın iştirakı ilə Ermənistan tənzimləməyə getməyəcəksə, bu o deməkdir ki, Ermənistan ümumiyyətlə, tənzimləməni qəbul etmir. Burada artıq açar Azərbaycan ordusunun əlinə verilməlidi. Azərbaycan ordusu Ali Baş Komandanın göstərişini yerinə yetirməli və tənzimləməyə ya kömək etməli, ya da Dağlıq Qarabağ münaqişəsini birdəfəlik həll etməlidir. O baxımdan hesab edirəm ki, Moskva görüşü çox həlledicidir. Artıq burada prezidentlərin görüşünün olub-olmaması bəlli olacaq. Azərbaycan XİN rəhbəri Elmar Məmmmədyarov deyib ki, 90 faiz sənəd razılaşdırılıb. Amma bir məsələ var ki, Paşinyan nə Mnatskanyanı, nə də başqa birisini qəbul etmir. Paşinyan elə hey deyir ki, ancaq özüməm. Əgər prezidenlərin görüşü üçün sənədlərdə müəyyən bir dəyişiklik edilsə və razılaşmalar əldə olsa, o zaman prezidentlərin görüşü olacaq”.

sia.az

Digər xəbərlər