Siyasət

  • 3 913

"Paşinyan devrilməkdən qorxur" RƏY-ÖZƏL

image

“Ermənistanın baş naziri Nikol Paşinyan sülh danışıqlarına hazır deyil. O, sülh istiqamətində addım atacağı təqdirdə hakimiyyətdən devrilmək qorxusunu yaşayır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.Deputatın sözlərinə görə, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real planı yoxdur: “Bu planın olmaması nəticəsində Ermənistan tərəfindən münaqişə ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Nəticədə də real sülh prosesi ilə bağlı addım atılmır”.A.Mollazadə söyləyib ki, Paşinyan münaqişənin həlli istiqamətində müxtəlif fikirlər irəli sürməklə diqqəti yayındırmağa çalışır: “Beynəlxalq ictimaiyyətdə bu istiqamətdə addım atmır. Əslində beynəlxalq ictimaiyyət Paşinyan soruşmalıdır ki, onlar niyə BMT-nin qətnamələrini yerinə yetirmirlər? Avropa da münaqişənin həlli ilə bağlı addımların atılması o qədər də gündəm də deyil. Çox zəngin erməni diasporu Avropada siyasi korrupsiya mexanizmlərindən istifadə edərək Ermənistana dəstək göstərməkdədir”.Paşinyanın AŞPA-da Türkiyə münasibətləri yaxşılaşdırmaqla bağlı fikirlərinə gəlincə deputat qeyd edib ki, Ermənistanın baş nazirinin bu cür çıxışlarının məqaədi gündəmi əsas problemdən yayındırmaqdır.

sia.az

Digər xəbərlər