Siyasət

  • 3 687

"Paşinyan qərəzli toxumlar səpməyə çalışır" ÖZƏL-RƏY

image

“Ümumiyyətlə Ermənistan baş naziri Nikol Paşinyan proqnoza çətin yatan bir adamdır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, Paşinyan sülhdən danışır amma fürsət düşən kimi Azərbaycana qarşı qərəzli toxumlar səpməyə çalışır: “Onun bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) sərsəm çıxışı da bu qəbildəndir. Bununla belə bizim AŞPA-da olan deputatlarımız var və onlar Paşinyanın layiqli cavabını verməlidirlər. Təcavüzkar dövlət əgər təcavüzə məruz qalmış ölkəni tənqid atəşinə tutursa bizimkilər də gərək onun dərisini soysunlar. Həmçinin AŞPA-nın siyasi rəhbərliyinə də müraciət etməlidirlər ki, belə bir adam pozucu işlərlə məşğuldur. Düşünürəm ki, AŞPA-da Paşinyana qarşı söz deyə biləcək qüvvələrimiz var və onlar hərəkətə keçməlidirlər. Onlar heç cür dünya ictimaiyyətinin fikirlərini də çaşdıra bilməzlər. Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi vardır. Bununla belə ATƏT-in Minsk Qrupu münaqişə ilə bağlı danışıqlar aparır və s. Sadəcə olaraq onun həlli yolları barədə fərqli fikirlər səsləndirilir”.

sia.az

Digər xəbərlər