Siyasət

  • 4 354

"Fərman veteranların müavinətləri arasında fərqi aradan qaldırdı" ŞƏRH-ÖZƏL

image

“Bir müddət bundan öncə Azərbaycanda yeni pensiya və sosial müavinət formalarının təyin olunması ilə əlaqədar qaydaların hazırlanması istiqamətində Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xüsusi tapşırıq verilmişdi. Ötən gün müharibə veteranlarının təqaüdünün artırılması, əlillərə baxan şəxslərə yeni təqaüdün ayrılması və digər bu istiqamətdə imzalanan Fərmanlar verilən tapşırıqların həyata keçirilməsi məqsədi daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.Deputat bildirib ki, ölkə başçısının ötən gün imzaladığı Fərmanla yeni müavinət növü təsis olundu və digər sosial müavinətlərin də artırılması təmin edildi: “Bu müavinətlər aprelin 1-dən hesablanacaq. Bildiyiniz kimi pensiya alan Qarabağ müharibəsi veteranları ilə pensiya yaşı çatmayan müharibə veteranlar arasında fərq var idi. Bu fərq tamamilə aradan qaldırıldı və pensiya alan Qarabağ müharibəsi veteranlarının müavinətlər 6 dəfə qalxmış oldu. Əgər əvvəllər onlar 11 manat alırdısa, indi 80 manat alacaq”.M. Quliyev söyləyib ki, ölkə başçısı tərəfindən ötən gün imzalanan Fərman 18 yaşına çatmış əlil uşağa və birinci qrup əlilə qulluğa görə xüsusi sosial müavinətin verilməsi ilə bağlıdır ki, bu da 50 manat təşkil edir: “ Bununla bağlı uzun müddət həm ictimaiyyətdə həm də Milli Məclisdə müzakirələr aparılıb. Cənab Prezident ötən günkü Fərmanı ilə bu məsələni də həll etmiş oldu. Ailəsinin üzvünə qulluq etməyə görə müavinət veriləcək ki, bu da Prezident İlham Əliyevin az təminatlı ailələrə qayğı və diqqətinin növbəti ifadəsidir. Cənab Prezident bu ilin əvvəlində bəyan etmişdi ki, 2019-cu il sosial müdafiə baxımından xüsusi il olacaq. Bundan sonra da əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atılacaq. Pensiyalar, müavinətlər, təqaüdlər daha da artacaq, yeni iş yerləri yaradılacaq və digər sosial layihələr həyata keçiriləcək. Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində xalqımız, onların sosial rifah halının daha yaxşılaşması dayanır”.Deputatın sözlərinə görə, Azərbaycanın iqtisadi gücün artdıqca, əhalinin sosial müdafiəsinin artırılması tədbirləri ardıcıl olaraq həyata keçiriləcək, bu Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli hələn bir siyasətdir.

sia.az

Digər xəbərlər