Siyasət

  • 4 263

“Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib

image

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfransda DQİDK və MŞ rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, KİV-in rəhbər şəxsləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Konfransda milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin dini radikalizm, terrorizm və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanda dini-ideoloji təhlükəsizlikdə medianın böyük rol oynadlğını diqqətə çatdırıb. O qeyd edib ki, media radikal fikirlərin qabardılaraq cəmiyyətdə yayılmasına yol verməməlidir.Onun sözlərinə görə, medianın cəmiyyətə informasiyanı düzgün çatdırmasının böyük əhəmiyyəti var.Tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov isə bildirib ki, jurnalistlərin dini mövzuda biliklərinin artırılması istiqamətində xeyli tədbirlər həyata keçirilib və bu gün də bu tədbirlər davam etməkdədir. O qeyd edib ki, bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edib və baş verən hadisələrə milli maraqlar nöqteyi nəzərindən yanaşır.Digər çıxış edən konfrans iştirakçıları bu kimi tədbirlərin keçirilməsin mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.Bldirilib ki, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır və bəzi dini qruplar dini kimliyimizlə milli kimliyimizi məqsədli şəkildə qarşı-qarşıya qoyurlar. O cümlədən, azərbaycançılıq nəinki İslama zidd deyil, əksinə özündə dinimizlə bağlı elementləri ehtiva edir. Bunu özündə ən gözəl formada əks etdirən üçrəngli bayrağımızdır.Konfransda çıxış edənlər tərəfindən xüsusilə qeyd olunub ki, dini təhlükəsizliyin təmin edilməsində medianın rolunun vacibliyini qeyd ediblər və media mənsublarının dini biliklərinin artırılması üçün bu kimi tədbirlər mühüm əhəmiyyət kəsb edir.

sia.az

Digər xəbərlər