Siyasət

  • 3 489

"Gərək dialoqu apara biləcək tərəf ortaya çıxsın" ÖZƏL-MÜNASİBƏT

image

"Biz dialoqa və hər bir məsələni müzakirə etməyə, ortaya qoymağa həmişə hazırıq. Amma gərək dialoqu apara biləcək tərəf ortaya çıxsın və ardıcıl şəkildə təkliflər versin, layihələr təqdim etsin ki, oturub onunla söhbət edib dialoq aparasan". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.YAP İcra katibinin müavinin sözlərinə görə, bu gün Azərbaycan parlamentində təmsil olunmayan siyasi partiyalar, dağıdıcı mövqedə duran təşkilatlar var, eləcə də müxtəlif adlar altında ayrı-ayrı dövlətlərə işləyən qüvvələr var: "Hansı ki, onlar başqa-başqa ölkələrin hərbi kəşfiyyatına və yaxud da təhlükəsizlik orqanına xidmət edən insanlardır. Onlar tapşırıq gələn kimi bir yerə toplaşır və tapşırıq olmadıqda isə dağılışırlar. Təbii ki, dialoqla bağlı bizim bir neçə dəfə görüşlərimiz keçirilib. Orada da təqdim olunub ki, hər bir təşkilat özünün təklifini irəli sürə bilər. Əfsuslar olsun ki, onların heç biri yazılı şəkildə ortaya heç bir sənəd qoymayıblar. Bunların arzusu odur ki, tədbir keçirilsin və orada görüntü yaratsınlar. Müxalifətin funksiyası alternativ təkliflərin verilməsindən ibarət olmalıdır. Biz istənilən təklifi dəyərləndirməyə hazırıq. Vaxtilə keçirilən dialoqlarda bir sıra partiyalara xaricdən göstəriş gəlmədiyinə görə iştirak etmədilər".

sia.az

Digər xəbərlər