Siyasət

  • 4 133

"Dövlətin diqqət və qayğısı xalqımız tərəfindən yüksək qiymətləndirilir" AÇIQLAMA-ÖZƏL

image

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2019-cu ilin əvvəlindən başlayan sosial siyasətin uğurla davam etdirilməsi Azərbaycan xalqının böyük əksəriyyətinə müsbət təsir göstərməkdədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.O bildirib ki, Prezidentin son fərmanında sosial müavinətlərin məbləğinin artırılması, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi, 5-dən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında, birinci dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidenti təqaüdünün təsis edilməsi haqqında fərmanlar demək olar ki, bu kateqoriyaya daxil olan əhalinin böyük əksəriyyətinə şamil olunur.İmzalanan bu fərmanların əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılmasına hesablandığını dilə gətirən E.Səlimov söyləyib ki, dövlət tərəfindən aztəminatlı əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə göstərilən diqqət və qayğı xalqımız tərəfindən yüksək qiymətləndirilir: “Əhalinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət göstərən “Sosial Paket” bu gündə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət göstərir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə dövlətin gəlirləri artdıqca, əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün geniş imkanlar açır”.Deputat qeyd edib ki, son 16 ildə ölkəmizdə keçirilən uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatı inkişaf etdikcə əhalinin sosial vəziyyəti durmadan inkişaf etməkdədir: “Bütün bunlar Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi Ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsində reallaşıb”.

sia.az

Digər xəbərlər