Siyasət

  • 3 990

"Əsas məsələ torpaqlarımızın işğaldan azad olunmasıdır" ŞƏRH-ÖZƏL

image

“Moskva görüşü zamanı XİN başçıları arasında əldə olunan razılıq əslində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha ciddi addımlar atmaq üçün mühitin yaranmasına xidmət edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.O bildirib ki, illərdir Ermənistanın təbliğat maşını azərbaycanlılarla birgə yaşamağın mümkünsüzlüyü, işğal olunmuş ərazilər geri qaytarıldığı təqdirdə ermənilərin başına oyunların açılması, işgəncələrin verilməsi istiqamətində fikir formalaşdırıb: “Lakin hər kəsə məlumdur ki, uzun illər ermənilər Azərbaycanda yaşayıb və onlara qarşı heç zaman təzyiqlər edilməyib, əksinə ermənilər öz dillərindən rahat şəkildə istifadə edir, mədəniyyətlərini tədqiq edirdilər. XİN başçılarının görüşü zamanı humanitar aksiyalarla bağlı əldə olunan razılıq Azərbaycan tərəfinin xoşməramlı və həqiqətlərin necə olduğunu, düşmənçiliyimizin ermənilərə qarşı deyil, Ermənistanın işğalçılıq siyasətinə qarşı olduğunu göstərmək məqsədi daşıyır”.Politoloq söyləyib ki, humanitar aksiyalar nəticəsində erməni jurnalistlər Azərbaycana gələrək həqiqətlərin, onlara qarşı münasibətlərin şahidi olacaqlar: “Bundan başqa Azərbaycan tərəfinin girovların dəyişdirilməsi ilə bağlı təklifi isə xoşməramlı olduğumuzu göstərir. Lakin erməni tərəfi hələ də buna birmənalı şəkildə cavab verilməyib. Biz ermənilərin heç omasa humanitar aksiyalarda daha cəsarətli olacağını gözləyirik. İşğalçı tərəf torpaqların qaytarılması ilə bağlı müxtəlif bəyanatlar səsləndirir. Heç olmasa bu aksiyalar da konkret addımlar atılacağını gözləyirik. Təbii ki, bu bir cəhddir”.İ.Vəlizadə vurğulayıb ki, münaqişə həll edildikdən sonra ermənilərlə yaşamaq məsələsini təmin etmək üçün humanitar fonda ehtiyac olacaq: “Bu fond nəticəsində Ermənistan təbliğat maşınının illərdir qurduğu fikirləri dağıda, Azərbaycan cəmiyyətinə qarşı müsbət rəy formalaşdıra bilərik. Lakin bütün bunlar əsas addımlar deyil. Bizim üçün əsas məsələ torpaqlarımızın işğaldan azad olunmasıdır”.Politoloq qeyd edib ki, əgər humanitar addımlar öz bəhrəsini versə, o zaman yaxın müddətdə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün keçirilməsi gözlənilən ola bilər: “Əgər erməni tərəfi bu məsələdə də geri çəkilsə, o zaman görüş haqqında nəsə söyləmək çox çətin olacaq”.

sia.az

Digər xəbərlər