Siyasət

  • 4 129

"Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacayıq" ÖZƏL-RƏY

image

"Ümumiyyətlə, Azərbaycanda milli mənəvi-dəyərlərə çox yüksək qiymət verilir. Azərbaycan dünyada tolerant bir ölkə kimi tanınır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə keçiriləcək "Dünya dini liderlərinin II Bakı sammiti"nin əhəmiyyətindən danışarkən deyib.YAP İcra katibinin müavinin sözlərinə görə, Azərbaycanda bütün dinlərə bərabər şəkildə şərait yaradılıb: "Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi dilindən, dinindən asılı olmayaraq qeydiyyatdan keçmiş hər hansı bir din azad şəkildə ölkəmizdə fəaliyyət göstərə bilər. Bu məsələ “Dini etiqad azadlığı” haqqında qanunla da tənzimlənir. Təbii ki, Azərbaycanda din dövlətdən ayrıdır və ölkəmiz dünyəvi dövlətdir. Amma bununla yanaşı dövlətimiz həmişə dinin yanındadır. Görürsünüz ki, bütün dinlərlə bağlı olan beynəlxalq konfransların, tədbirlərin əksəriyyəti Azərbaycanda keçirilir. Həmin tədbirlər ölkəmizdə keçirildikdə müxtəlif dinlərin nümayəndələri və rəhbərləri burada iştirak edir. Bildiyiniz kimi, səmavi dinlər deyilən bir anlayış vardır. O dinlərə daxil olan bütün qruplar və fəaliyyəti qanunla qadağan olunmamış digər dinlərin hər biri bu proseslərdə iştirak edirlər. Bakıda dəfələrlə bu cür konfranslar keçirilib.Xüsusilə qeyd etmək istərdim ki, bu məsələlərdə Heydər Əliyev Fondunun çox böyük rolu vardır. Məscidlərin, dini ocaqların, müqəddəs yerlərin bərpası, tikintisi və əhalinin istifadəsinə verilməsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın çox böyük rolu vardır. Buna nümunə olaraq ən qədim məscidlərdən biri olan Şamaxı məscidinin, İmamzadə Kompleksinin bərpa olunub istifadəyə verilməsi, ayrı-ayrı yerlərdə böyük məscidlərin, o cümlədən Cənubi Qafqazın ən böyük məscidi olan Heydər Məscidinin tikilib istifadəyə verilməsini göstərə bilərik. Buna paralel olaraq həm sinaqoqların, kilsələrin, həm də udin-alban kilsələrinin tikintisi, bərpası Azərbaycan dövlətinin, xalqının əsas fəaliyyət istiqamətlərindən biridir. Çünki bizim xalq çox tolerant bir xalqdır. Azərbaycanda dinlərə hörmətlə yanaşılır. Baxmayaraq ki, Avropada, dünyanın aparıcı dövlətlərində dinlər arasıda müxtəlif konfiliktlər, münasibətlərin kəskinləşməsi olduğu bir halda ölkəmizdə bu cür hallar yoxdur və bundan sonra da ola bilməz. O cümlədən Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində də bu sahədə beynəlxalq konfranslar keçirib. Buna misal olaraq, Heydər Əliyev Fondunun Fransada, İtaliyada, Vatikanda keçirdiyi konfransları, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, ayrı-ayrı QHT-lərin keçirdiyi tədbirləri göstərə bilərik. Hətta ayrı-ayrı ölkələrdə Azərbaycan dini məbədlərin bərpasında da yaxından iştirak edir və öz töhfəsini verir. O baxımdan da Azərbaycanda bu cür tədbirlərin keçirilməsi mütəmadidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun rəhbərliyi altında Komissiya yaranıb. Komissiya yaxın vaxtlarda “Tədbirlər Planı”nı işləyib hazırlayaraq təqdim edəcəkdir. Təbii ki, həmin “Tədbirlər Planı”na uyğun olaraq da biz beynəlxalq konfransın çox yüksək şəkildə keçirilməsinə nail olacayıq".

sia.az

Digər xəbərlər