Siyasət

  • 3 686

"Erməni cəmiyyətinin içərisində qütbləşmə gedir" ÖZƏL-MÜNASİBƏT

image

“Ümumiyyətlə, bəzən insanlar bir adama, onun həyata keçirdiyi dəyişikliklərə böyük ümidlər bəsləyir amma hakimiyyətin müəyyən dövrü gəlib keçəndən sonra o ümidlərin heç biri real olmur”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın da erməni xalqına verdiyi bu ümidlər həmin qəbildəndir: “Sonradan isə həmin insanlar yalançı şəxslərdən uzaqlaşmağa başlayırlar və özlərinə yeni bir istiqamət axtarırlar. Heç şübhəsiz ki, Ermənistanda da bu proseslər gedir. Paşinyan populist çağırışlarla xalqa çox ümidlər vermişdi. Amma bu ümidləri yerinə yetirəcək nə dolu büdcə, xəzinə var, nə də ki onun hər hansı imkanları var. Xaricdən alacaqlarına ümid bəsləsələr də amma bu ümidlər də özünü doğrultmur. Belə olan təqdirdə təbii ki, həm müxalifətin, həm də erməni cəmiyyətinin içərisində qütbləşmə gedir. İşğalçı ölkənin Qərbə bağladığı ümidlərinin puç olması hazırda Ermənistanda istər iqtidar, istərsə də müxalifət cəbhəsində parçalanmalar və fikir ayrılıqlarına səbəb olub. Zənnimcə, bu Paşinyan üçün nəticələri qorxulu olan bir gələcək deməkdir”.

sia.az

Digər xəbərlər