Siyasət

  • 3 823

"Çinlə qarşılıqlı münasibətlərin çox böyük gələcəyi var” ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinin Sinxua agentliyinə müsahibəsi iki ölkə arasında münasibətlərin həm keçmişini, həm mövcud vəziyyətini, həm də gələcək perspektivlərini özündə əks etdirir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Millət vəkilinin sözlərinə görə, bu gün iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir: “Münasibətlərin inkişafında yeni mərhələni cənab Prezidentimiz bir neçə il əvvəlki səfəri müəyyənləşdirmişdir. Bizim Çinlə münasibətlərimizin təməl məsələlərindən biri ərazi bütövlüyü və suverenliyinin tanıdılmasıdır. Çin Xalq Respublikası Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə edir. İki ölkə arasında ticarət, iqtisadi, diplomatik, siyasi, hərbi, hümanitar və mədəni əməkdaşlıq inkişaf edir. Bu gün Azərbaycanda Çin dilini öyrədən mərkəzlər var və ayrı fakultələr mövcuddur. Eyni zamanda Çində də azərbaycanlı tələbələr təhsil alır. Hesab edirəm ki, qarşılıqlı münasibətlərin çox böyük gələcəyi var”.

sia.az

Digər xəbərlər