Azər Badamov: Azərbaycan güclü iqtisadiyyata malik olan ölkədir

“Ölkə Prezidentinin bu ilin əvvəlindən sosial sahə ilə bağlı imzaladığı sərəncam və fərmanlar vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, ölkəmizdə insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində lazımi addımlar atılır. Onun sözlərinə görə, bu sahədə aparılan islahatlar daha da dərinləşir.
“Bu ilin əvvəlindən bu ilin əvvəlində minimum əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması, yeni müavinətlərin təsis edilməsi, digərlərinin məbləğinin artırılması ilə bağlı sərəncamlar imzalanıb. Bütün bunları onu deməyə imkan verir ki, Azərbaycanda dövlət başçısının apardığı siyasət birbaşa vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına yönəlib. Sosial sahədə atılan addımlar son deyil, bundan sonra da Prezident İlham Əliyev tərəfindən sosial sahə ilə bağlı sərəncamların imzalanacağını görəcəyik. Çünki, bu gün Azərbaycan dövləti hər bir sosial paketin icrasına qadir, güclü iqtisadiyyata malik olan ölkədir”-deyə, deputat qeyd edib.

yap.org.az