Siyasət

  • 3 496

Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik

image

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və/və ya ATƏT-in Minsk qrupunun həmsədləri ilə keçiriləcək görüşlər və atılacaq addımlara dair şərhləri “3+2” formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir. Sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir. Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyildir və bu proses həmişəlik davam edə bilməz.Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva KİV-lərə açıqlamasında bildirib.Leyla Abdullayeva deyib: “Biz Ermənistan Xarici İşlər Nazirliyini “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik.gər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər. Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar”.

yap.org.az

Digər xəbərlər