Siyasət

  • 3 527

"Münaqişənin həlli prosesində həmsədr ölkələr arasında "yarış" başlayıb" ŞƏRH-ÖZƏL

image

“Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada keçirilən görüşündə 4 məsələ ətrafında çox ciddi müzakirələr gedib. Azərbaycan tərəfindən iki məsələ irəli sürülüb. Birinci məsələ Azərbaycanın işğal altında olan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin çıxarılması, ikinci isə qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.O bildirib ki, müzakirələr zamanı Ermənistan tərəfindən Dağlıq Qarabağın status və təhlükəsizlik məsələləri irəli sürülüb: “Bu, Ermənistan Dağlıq Qarabağın status məsələsini ərazilərin işğaldan azad olunmasını paralel şəkildə aparmaq istədiyini göstərir. İşğalçı tərəf məsələləri paken variantı kimi ortaya qoymağa çalışsa da, bilməlidir ki, danışıqlar paket deyil, mərhələli həll variantında aparılır. Bu baxımdan da sadalanan məsələlərin heç biri ilə bağlı razılıq əldə edilməyib”.Moskva görüşündə humanitar aspektli müəyyən məsələlərlə əlaqədar razılaşmaların əldə olunduğunu deyən deputat söyləyib ki, bura ilk növbədə icmalar arasında görüş və bu kontekstdə media nümayəndələri arasında əlaqələr daxildir: “Razılaşmanı yaxşı hesab edirəm. Çünki, Azərbaycan jurnalistləri işğal altında olan torpaqlarımızda olaraq xüsusilə də girovlarla bağlı məsələni işıqlandırmaq imkanı əldə edə bilərlər. Erməni jurnalistləri də Azərbaycana gəlib həqiqətləri görərək bilsinlər ki, işğal faktı onları xoşbəxt etməyib. Azərbaycan sabit, inkişaf edən ən təhlükəsizlik ölkədir. Bu həm də XİN başçılarının Paris görüşü zamanı xalqları sülhə hazırlamaqla bağlı danışıqların məntiqinə uyğundur. Bundan başqa girovların valideynlərinin baş çəkilməsi ilə bağlı görüşlərin təşkil olunması hesab edirəm ki müsbət hadisədir. Eyni zamanda kənd təsərrüfatı işləri zamanı atəşkəsin daha da möhkəmləndirilməməsi, mane olunmaması ilə bağlı məsələlər də razılaşdırılıb ”.E. Nəsirov qeyd edib ki, bundan öncə də müvafiq razılaşmalar əldə olunub, amma icra olunmayıb: “Rusiyanın XİN başçısı Sergey Lavorv bu dəfə verdiyi müsahibəsində dedi ki, Moskva görüşündə əsas məsələ hər iki dövlətin rəhbərlərinin əldə olunan razılaşmaları icra etməkdə maraqlı olmasıdır. Lavrov qeyd etdi ki, bu razılaşma kağız üzərində qalmayacaq. Bundan başqa münaqişənin həlli prosesində həmsədr ölkələr arasında yarışma da başlayıb. Bu günlərdə ABŞ dövlət katibi analoji təkliflə çıxış edərək danışıqların keçirilməsində maraqlı olduqlarını açıqlayıb. Bu bizim üçün faydalı, əhəmiyyətlidir”.Deputat qeyd edib ki, Vaşinqton danışıqları baş tutacağı təqdirdə hətta humanitar sahə olsa belə müəyyən irəliləyişlər əldə edilməlidir: “Burada ən müsbət cəhət odur ki, əvvəllər bu və ya digər razılaşmalar əldə edildikdə o qeydə alınmırdı və Sarkisyan növbəti danışıqlarda heç nə olmamış kimi yenə də həmin məsələləri qabardırdı. Amma indi hansı razılaşma əldə olunursa, bir daha həmin məsələyə qayıdılmır, növbəti məsələlər müzakirə olunur. bu baxımdan münaqişənin həlli istiqamətində aparılan danışıqlarla bağlı nikbinlik var. Amma tələsmək lazım deyil. Çünki, Dağlıq Qarabağ məsələsi həssas məsələdir və bu məsələnin həllində Ermənistanın hakimiyyətinin dəyişikliyi həll edici rol oynayır. Bu baxımdan Paşinyanın bu məsələdə ehtiyatlı davranışlarının motivləri başa düşüləndir”.

sia.az

Digər xəbərlər