YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin V hesabat seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V hesabat seçki konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonda yerləşən abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.Qaradağ rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov əvvəlcə respublikamızda həyata keçirilən gənclər siyasəti haqqında məlumat verib. O, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Aydın Hüseynov həmçinin ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd edib ki, YAP gənclərə özlərini təsdiq etmək və inkişaf etdirmək üçün münbit platforma təklif edir. YAP-ın sıralarında birləşən vətənpərvər gənclər ordusu Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir.Milli Məclisin deputatı A.Hüseynov daha sonra Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıb. Millət vəkilinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.Daha sonra YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, YAP Qaradağ rayon təşkilatının 12124 nəfər üzvü var ki, bunlardan 4282 nəfərini gənclər, 3627 nəfərini isə qadınlar təşkil edir: "Gənc üzvlərimizin 1490 nəfəri ali, 832 nəfəri orta ixtisas, 1960 nəfəri orta təhsillidir. Gənclərin 434 nəfəri təhsil, 182 nəfəri səhiyyə, 52 nəfəri idarəetmə sahəsində, qalan üzvlər isə digər idarə və müəssisələrdə çalışır, onların 294 nəfəri isə tələbədir. 26 gəncimiz isə 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etmadını qazanaraq, bələdiyyə üzvü seçiliblər. Hesabat dövründə YAP Qaradağ rayon təşkilatı GB-nin sıralarına 721 nəfər qəbul olunmuşdur".Hesabat haqqında çıxış edən gənclər - Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, Seyidməmməd Məmmədzadə, Bakı Gəmiqayırma zavodunun meneceri Namiq Vəliyev, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı İdarəsinin mütəxəsisi Zaur Baxşəliyev, Azərbaycan Dövlət İdman Akademiyasının tələbəsi Rafail Quliyev, YAP Qaradağ rayon təşkilatı aparatının məsləhətçisi Könül Əhmədova, Bakı Dövlət Universitetinin tələbəsi Səbinə Hüseyinli, Aprel döyüşlərinin iştirakçısı Həsrət Alxasov və digərləri YAP Qaradağ rayon təşkilatının ötən dövrdəki fəaliyyətini yüksək qiymətləndirərərk ölkəmizdə həyata keçirilən gənclər siyasətininin uğurları barədə də məlumat veriblər.Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov da YAP Qaradağ rayon təşkilatının gənc üzvlərinin Qaradağ rayonunun və bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini vurğulayaraq konfansın işinə və rayon təşkilatı Gənclər Birliyinin yeni seçiləcək Şura və İdarə heyətinin üzvlərinə uğurlar arzulayıb.YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib. V.Rəhimzadə ölkə gənclərinin YAP-da uğurla birləşdiklərini və partiyamızın təklif etdiyi fəaliyyət imkanlarından bəhrələnərək Azərbaycanın ictimai-siyasi həyatında, ölkəmizin inkişafında aktiv rol oynadıqlarını bildirib.YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov da Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından danışıb. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə olunur. Sevindirici haldır ki, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən gənclər arasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, o cümlədən YAP Qaradağ rayon təşkilatının gənc üzvləri də ilk sıralardadırlar.Daha sonra səsvermə keçirilib. Məmmədzadə Seyidməmməd YAP Qaradağ rayon təşkiatı Gənclər Birliyinin sədri, sədrin müavinləri, 57 nəfərdən ibarət şura və 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi seçilib. Həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr müəyyənləşib.

sia.az