Siyasət

  • 3 298

"Azərbaycan ictimaiyyəti bu qüvvələrə layiqli cavab verəcək" ÖZƏL-MÜNASİBƏT

image

“Ümumiyyətlə, Azərbaycanı istəməyən qüvvələr hər zaman çalışıblar ki, uğurlarımıza kölgə salsınlar. Yəni xarici məkrli qüvvələr ölkə müxalifətindən istifadə edərək bizə təzyiq etmək istəyirlər. Bu da ondan xəbər verir ki, müxalifət milli maraqları əldə əsas tutmur”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.Partiya sədrinin sözlərinə görə, onlar üçün yalnız bir məqsəd var, Qərbdə kiminsə xoşuna gəlmək və öz maraqlarını təmin etmək: “Azərbaycan ictimaiyyəti, ekspertlər xarici anti-Azərbaycan və daxildəki “5-ci kolonun” bu cəhdlərinin arxasında hansı maraqların durduğunu yaxşı bilir. Buna görə də bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaqdır. Azərbaycan ictimaiyyəti bu qüvvələrin bütün iddialarına layiqli cavab verəcəkdir. Azərbaycan öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanıb. Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurmuşdur, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır”.

sia.az

Digər xəbərlər