"Ermənistanın BMT-dəki təxribatının qarşısı alınmalıdır"

“Bildiyiniz kimi hər bir BMT üzvü olan ölkələr beynəlxalq quruma illik hesabat təqdim edirlər. Lakin təəssüf ki, budəfəki hesabatda Ermənistan təxribata yol verib. Qondarma “Dağlıq Qarabağ Respublikasının” hesabatının BMT-nin saytında yerləşdirilməsinə nail olub”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Azay Quliyev çıxış edərkən deyib.O bildirib ki, hesabat rəsmi hesabat statusunda 6 dildə yayılıb: “Buna müvafiq qurumlar tərəfindən münasibət bildirməlidir. Ermənistan tərəfindən bu cür təxribatlar indiyədək də edilib. Lakin budəfəki təxribata BMT şərait yaradıb. İndiyədək BMT tərəfindən belə qanunsuzluğa yol verilməyib. Onun qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda, necə ola bilər ki, BMT tərəfindən belə bir hesabat "Arsax" adı ilə qəbul olunsun. Bu məsələ araşdırılmalı, qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır”.

sia.az