"Azərbaycanla Aİ arasında saziş mayın 13-də imzalanacaq"

“Avropa İttifaqı ilə sazişlə bağlı uzun müddət iş gedirdi. Bu sazişdə əsas məqsədlərdən biri o idi ki, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı o biri dövlətlər kimi bu sazişdə əksini tapsın. Artıq buna nail olmuşuq. Sazişlə bağlı kiçik məsələlərin həlli qalıb və bunlar üzərində işlər gedir”. SİA-nınx əbərinə görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov Parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, sazişin imzalanmasına bir nömrəli maneə törədən ermənilərdir.O. Əsədov söyləyib ki, Azərbaycanın Aİ -nin maliyyə yardımına ehtiyacı yoxdur: “Bizim üçün vacib olan məsələ ərazi bütövlüyümüz və ticari məsələlərdir. Azərbaycanla Aİ arasında saziş mayın 13-də imzalanacaq və bu xalqımızın xeyrinə olacaq”.

sia.az