"Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır"

"Yenilik verilişi bir diktorun ayaqüstə, digərinin oturub aparması deyil. Yenilik milli-mənəvi, mədəniyyət və başqa mühüm sahələrlə bağlı olmalıdır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.O bildirib ki, özəl telekanallar biznes qurumudur, bu telekanallarda əxlaqa zidd verilişlər nümayiş olunanda isə Milli Televiziya və Radio Şurası mövqeyini ortaya qoyur, qərarlar qəbul edir.S.Novruzov deyib ki, milli-mənəvi sahələrlə, Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır: “Köhnə təcrübədən və yenilərin enerjisindən istfiadə etməklə cəmiyyətə normal proqramlar təqdim olumalıdır ”.

sia.az