Əli Kərimlidən “ayı” xidməti

Və ya satqınlığı həyat fəlsəfəsinə çevirmiş AXCP sədrinin Formula 1 tapşırığı

Son illər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunun yüksəldiyini sübuta yetirir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun diplomatik mərkəzinə çevirib. "Eurovision-2012” kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan başqa mötəbər idman tədbirlərinə - "Bakı-2015” I Avropa Oyunlarına və "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etdi. Bu il isə paytaxtımız Avropa Gənclərinin XV Yay Olimpiya Festivalını və eyni zamanda UEFA Avropa Liqasının finalını qəbul edəcək.Bunlara paralel olaraq bu mövsüm də daxil olmaqla 4 ildir Azərbaycan dünyanın bir nömrəli avtomobil yarışına - "Formula-1”ə uğurla ev sahibliyi edir. Aprelin 26-28-də dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. Bu müddətdə "Formula-1” Azərbaycan Qran-prisini 500 milyondan çox tamaşaçı izləyəcək. Dünyanın ən böyük informasiya holdinqləri, eləcə də 100-dən çox ölkənin xəbər agentlikləri Bakıda keçiriləcək "Formula-1” yarışı barədə xəbərləri dünyaya yayacaqlar. Dünyanın ən güclü pilotlarının mübarizə aparacağı yarış 200-dən çox ölkədə canlı yayımlanacaq.Təsadüfi deyil ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran-Prisində ümumilikdə 94 min tamaşaçı iştirak etmişdi. Lakin Formula 1-i izləmək üçün ölkəmizə gələn xarici turistlərin, avtomobilsevərlərin sayında ildən-ilə ciddi artım müşahidə olunmaqdadır. Məhz, builki yarışmanı izləmək üçün 78 ölkədən minlərlə avtoidman həvəskarı Azərbaycana təşrif buyurub.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri, professor Əli Həsənovun "Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü" başlıqlı məqaləsində deyildiyi kimi, Formula 1 onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir. Bu da o deməkdir ki, yarış boyunca dünyanın yarım milyard tamaşaçısı Bakı şəhərinin tarixiliyi və müasirliyi ilə tanış olur, ölkəmiz haqqında obyektiv məlumatlar alır. Bu, eyni zamanda Azərbaycanın turizm ölkəsi kimi reytinqini də artırır, turistlərin daha çox səfər etmək istədikləri məkana çevrilir. Elə bu səbəbdəndir ki, Formula 1 yarışı Azərbaycanın büdcəsinə hər il daha çox gəlir gətirir. Məsələn, Bakıda keçirilmiş ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Yəni, yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib.Təhlillər onu göstərir ki, Formula 1 Azərbaycan büdcəsinə növbəti illərdə daha çox gəlir gətirməklə yanaşı, ölkəmizin turizm imicinin daha da yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.Əlbəttə ki, ölkə ictimaiyyətinin də diqqətini cəlb edən bu yarış Azərbaycan avtomobilsevərlərinin çoxdankı arzularını reallaşdırmış olur. Çünki uzun illərdir yalnız televiziyadan izləyə bildiyimiz Formula 1 sürət maşınlarını artıq paytaxtımızda canlı şəkildə görə bilirik. Bu isə özlüyündə Azərbaycanımızın inkişafını, ölkəmizin dünyanın əhəmiyyətli hissəsinə çevrilməsini nümayiş etdirir və sözügedən faktor həqiqətən insanlarımızın qürur mənbəyinə çevrilir. Məhz, yalnız Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən biri kimi tanınan Azərbaycan "Formula-1” ilə uğur estafetini növbəti dəfə layiqincə davam etdirəcək.Lakin təəssüflər olsun ki, Azərbaycanımızın uğurları, nailiyyətləri anti-Azərbaycan dairələri olduğunu kimi, daxildəki “5-ci kolon”un nümayəndələrini də ciddi şəkildə narahat edir. Azərbaycana qarşı aparılan çirkin kampaniyada bütün siyasi karyerası boyunca uğursuzluqlara düçar olan radikal müxalifət nümayəndələri xüsusilə “canfəşanlıq” göstərirlər. Fəaliyyətini bütünlüklə Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı mövqe tutmağa kökləmiş dağıdıcılar “Eurovision-2012” mahnı yarışmasına, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına qarşı aparılan antitəbliğatın arxasında duranlar idilər. Məhz, başda Əli Kərimli olmaqla radikal müxalifət bu gün də öz ampluasındadır: hədəfə isə Formula 1 yarışları alınıb.Bununla da, onlar hər zaman olduğu kimi öz simasını bir daha ifşa etmiş olur və maddi maraqların əsirinə çevrildiyini təsdiqləyir. Anti-Azərbaycan dairələrin maddi dəstəyi ilə bu kampaniyanı aparan Əli Kərimli dərk edir ki, Azərbaycan xalqı heç zaman dövlətinin maraqlarını satmaz. Çünki, onun yalan və böhtanları ancaq xarici qərəzli dairələrin işinə yarayır. Bütün bunlar da dağıdıcılar ermənipərəst dairələrin əmrlərini yerinə yetirməklə yanaşı, özünün xalq və dövlət maraqlarına qarşı mövqe tutduğunu və hər zaman maddiyyat qarşılığında satılmağa hazır olduğunu təsdiq edir.Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vuranlardan biri kimi AXCP sədri Əli Kərimli antimilli proseslərdə daha çox aktivlik nümayiş etdirir. Azərbaycanı güclü dövlət kimi görmək istəməyən xarici qüvvələr də Əli Kərimlidən "xidmətlərin" də istifadə edir. Bu isə heç də təsadüfi deyildir. Çünki, bəzi gəncləri yetişdirib, ermənilərlə masa axrasına əyləşdirən Əli Kərimlinin maddi maraqları üçün istənilən razılaşmaya gedəcəyi hər kəsə bəllidir. O, şəxsi mənafeyi naminə gəncləri öyrətmək istəyir ki, küçələrə çıxıb dağıtsınlar, xalqın əmlakına ziyan vursunlar, gedib ermənilərdən pul alsınlar. Özü ayrı-ayrı dövlətlərdən pul alıb necə Azərbaycanın əleyhinə işləyirsə, gəncləri də buna öyrətmək istəyir.Çox maraqlıdır ki, nə Əli Kərimli, nə də başqaları Xocalı soyqırımı haqqında bir kəlmə danışmır, amma ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin qarşısını almaqdan ötrü xarici dövlətlərdən üsul və vasitələr axtarır. Əlbəttə ki, anlamalıdırlar ki, onların adı xalqımıza düşmən kəsilmiş ermənilərin adı ilə eyni sırada çəkilməlidir. Hətta, bir sıra ekspertlər düşünürlər ki, bu gün onlar Azərbaycana ermənilərdən daha çox ziyan vururlar. Məhz bu müxalifətçilərin vasitəsilə bəzi dövlətlər Azərbaycan xalqının maraqlarına ziyan vurmağa çalışırlar.
Bütün işi-gücüşər, böhtan, yalan yaymaq, dezinformasiyalarla insanları çaşdırmaq, yalnızhakimiyyətə qarşı təxribat törətmək, cəmiyyəti qarışdırmaq olan Əli Kərimlini Azərbaycan düşündürsəydi, ailəsini ölkədən kənarda saxlamazdı, oğlu Türkel Kərimlini hərbi xidmətdən yayındırıb ABŞ-a qaçırmazdı. Əli Kərimli xəyanətkar olduğundan bir dəfə də olsun Qarabağı işğal edənermənilərdən, onları müdafiə edənlərdən bəhs etmir, anti-Azərbaycan qüvvələrə qarşı çıxmır, erməni fondlarından gələn pullardan imtina etmir. Çox maraqlıdır ki, Əli Kərimli bu günə qədər xalqımızın və dövlətimizin uğurlarından, nailiyyətlərindən bir kəlmə belə olsun danışmayıb, yazmayıb. Görünür, Əli Kərimli özünü azərbaycanlı, bu torpağın övladı hesab etmir.Görünən odur ki, dağıdıcı müxalifət və onların nəzarətində olan sosial şəbəkə səhifələri yalnız Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zərər vurur. Onlar məqsədli şəkildə Azərbaycanın beynəlxalq səviyyədə imicinə zərbə vurmaq və beləliklə də, sifarişlərini yerinə yetirdikləri xarici dairələrin vəd etdiyi hansısa "hədiyyəni" əldə etmək istəyirlər. Bir sıra ölkələrdəki terror hadisələri və digər kriminogen halları Azərbaycana transformasiya olunmasını istəyən radikal müxalifət hakimiyyəti də şantaj etməkdən çəkinmir.
Amma bir faktı unudurlar ki, hər bir xarici dövlət, beynəlxalq təşkilat Azərbaycanı öz istədiyi kimi görmək istəyirsə,ancaq Azərbaycan dövləti onların maraq və istəyinə uyğun dövlət ola bilməz. Azərbaycan dövlətinin təməlində Azərbaycan xalqının maraqları, mənafeyi dayanır.

Bəhruz Quliyev,
"Səs" qəzetinin baş redaktoru