Siyasət

  • 3 247

Rauf Əliyev: İşğalçı ölkə çox yaxşı başa düşür ki Azərbaycan hərbi cəhətdən dəfələrlə Ermənistanı üstələyir

image

“Azərbaycanın iqtisadiyyatı, müdafiə qüdrəti gücləndikcə, beynəlxalq aləmdə nüfuzu artdıqca təcavüzkar Ermənistan buna ancaq müxtəlif istiqamətlərdə, müxtəlif səviyyələrdə təxribatlar törətməklə cavab verə bilir. Bu günlərdə Ermənistan və onların havadarları tərəfindən Azərbaycana qarşı növbəti təxribat hazırlanıb”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, mövcud qaydalara əsasən BMT üzv olan hər bir ölkənin insan hüquqları üzrə illik hesabatını qəbul edir. Ancaq budəfədəki hesabatda Ermənistan tərəfindən təxribata yol verilib. Xaricdəki havadarlarının köməyi ilə Ermənistan qondarma separatçı rejimin hesabatını BMT-nin rəsmi saytında yerləşdirməyə nail olub. Onun sözlərinə görə, işğalçı ölkə çox yaxşı başa düşür ki Azərbaycan hərbi cəhətdən dəfələrlə Ermənistanı üstələyir.
“Bu vaxta kimi Ermənistanın çoxsaylı təxribatlarına şahid olmuşuq. Ancaq bu dəfə onlar üçün bu təxribata BMT şərait yaradıb. BMT-nin müvafiq qurumlarının bu hərəkətini heç cür başa düşmək olmur. Hamıya məlumdur ki, BMT Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamə ilə Ermənistandan işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşalmasını tələb edib. Qətnamələrin qəbul edilməsindən 26 il keçməsinə baxmayaraq, təcəvüzkar dövlət BMT-nin bu qətnamələrini heçə sayaraq işğalı davam etdirir. Bir tərəfdə, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr, bəyanatlar, digər tərəfdə separatçı rejimin hesabatının rəsmi saytda yerləşdirilməsi. Bu necə baş verə bilər? Bu onu göstərir ki, Ermənistan rəhbərliyi, onları dəstəkləyən xaricdəki havadarları bütün vasitələrdən istifadə edərək öz məqsədlərinə informasiya müharibəsində üstünlüyə nail olmaqla çatmaq istəyirlər. Belə halların qarşısının alınması, gələcəkdə bir daha baş verməməsi üçün bu məsələ müvafiq qurumlar tərəfindən ciddi surətdə araşdırılmalı və qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır. Ermənistan tərəfindən növbəti təxribat hazırlanır. Müxtəlif kütləvi informasiya vasitələrində yayılmış məlumatlara görə Bolqarıstanda Hitlerin yaxın silahdaşlarından biri olmuş, Vermaxtın erməni cəza leqionunun yaradıcısı general Njde kimi tanınan 2-ci Dünya müharibəsi zamanı yüz minlərlə günahsız insanların qətlində iştirak etmiş Qaregin Njdeye Bolqarıstanın Pliska şəhərində abidə qoymaq nəzərdə tutulub. Njde Ermənistanda milli və etnik zəmində nifrəti təbliğ edən nəzəriyyənin banisi hesab edilir. Onun başçılıq etdiyi hərbi birləşmələr tərəfindən 1918-20 –ci illərdə Zəngəzur qəzasında 10 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 115 azərbaycan kəndi yerlə yeksan olunub. O eyni zamanda uydurma “Böyük Ermənistan” ideyasının müəlliflərindən biridir. Məqsəd qonşu dövlətlərin birinci növbədə Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaqdır. İkinci Dünya müharibəsi bitdikdən sonra keçmiş SSRİ-nın hərbi tirbunalı tərəfindən Njde hərbi cinayətgar kimi məhkum olunmuşdur. BMT-nin Baş Assambleyasının müvafiq qətnaməsinə görə hərbi cinayyətlərdə iştirak edən, ikinci dünya müharibəsi zamanı nasistlərlə əməkdaşlıq etmiş şəxslərə abidələrin, xatirə lövhələrinin qoyulmasının qarşısının alınması üçün üzv dövlətlərə çağrış edilmişdir. Bu cəllada, erməni faşistinə artıq Yerevanda milli qəhrəman kimi abidə qoyulmuşdur. Bu hadisəyə Rusiya, Azərbaycan və daha bir neçə olkə öz etirazlarını bildirsələr də, ümumilikdə dünya ictimayyəti, özlərini yüksək demokratik dəyərlərə sahib, insan hüquqlqrının hər şeydən üstün olduğunu bəyan edən qərb ölkələri susdular və indi də susurlar. Bu dünyada ikili standartların ən yüksək səviyyələrdə davam etdiyini göstərir. Buna yol vermək olmaz, bu abidənin qoyulması 2-ci Dünya müharibəsində həlak olan milyonlarla günahsız insanların ruhlarına xəyanət olar”-deyə, R.Əliyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər