Siyasət

  • 3 843

Naqif Həmzəyev: Ölkəmizin əbədi müstəqilliyinə görə Ulu öndərə borcluyuq

image

Hər kəs uşaq yaşlarından özünə ideal seçir, onun kimi olmağa çalışır. Uşaqlıqdan “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənimVətənimdir, mənim torpağımdır” deyən Ulu öndər Heydər Əliyevi özümə ideal seşmişəm. Azərbaycançılıq məfkurəsinin müəllifi, müasir Azərbaycanın memarı və qurucusu olan dahi şəxsiyyətin şərəfli ömür yolu, çox şaxəli, misilsiz fəaliyyəti, Vətənəvə, xalqa fədakar xidməti hər zaman mənim üçün örnək olub. Çünki Ulu öndər Azərbaycanı bütün dünyaya tanıdıb, ölkəmizə əbədi müstəqillik bəxş edib, Vətənimi təhlükələrdən xilas edib. Ən əsası, Heydər Əliyev milli qürurumuzu özümüzə qaytarıb, Azərbaycanlıların birliyini, millət, torpaq, Vətən və bayraq sevgisini bərpa edib. “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyə bizə Azərbaycanı məhz onun kimi sevməyi öyrədib.

Heydər Əliyev xalqımız qarşısında tarixi xidmətləri ilə insanlığın zirvəsinə ucalıb, dünyanın ən nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı, ümummilli lider kimi əbədilik qazanıb.
Tarixi varaqlayaraq, bir anlığa 1993-cü ilin həyəcanlı iyun hadisələrinini yada salaq. O zaman ölkədə baş verən qarşıdurmalar, hərc-mərcliklər, səriştəsiz idarəetmə, hakimiyyətə gəlmiş təsadüfi adamlar ölkəmizi uçurumun kənarına çəkib aparmışdı. Belə bir vəziyətdən Azərbaycanı yalnız möcüzə xilas edə bilərdi. Hətta, həmin vaxtlar bir neçə dəfə Azərbaycanda olmuş bir fransız sosioloqu ölkəmizdə baş verən hadisələri müşahidə edərək yazırdı: “Azərbaycan ya möcüzəyə çevriləcək, ya da məhv olacaq. Əgər həqiqi rəhbərini tapsa, XXI əsrin möcüzəsi sayılacaq, hakimiyyətə təsadüfi adamlar gəlsə, Azərbaycan məhvə gedəcək”. Azərbaycanın xoşbəxtliyi onda oldu ki, müdrik şəxsiyyət, dahi insan, qüdrətli rəhbər - Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmaqdan, qardaş qırğınından, xaosdan xilas etdi. Xalqın müdrik qərarı, təkidli tələbi Ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi.
Ümummilli lider ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmizimilli fəlakətdən, silahlı müxalifət ənənələrindən, beynəlxalq aləmdə təklənməkdən xilas etdi. Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın dirşəlişi, qurtuluşu oldu. Heydər Əliyev dünyanın siyasət zirvəsinin ən uca yerində Azərbaycanın və ən böyük azərbaycanlının adını əbədi həkk etdi.
Bu günün müasir, müstəqil Azərbaycanın təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənib. Ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üstündə ucalır. Ulu öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevinrəhbərliyi sayəsində bu gün Azərbaycan dünya birliyində ləyaqətli yer tutur və demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayır.

yap.org.az

Digər xəbərlər