Siyasət

  • 3 828

"Müstəqilliyimiz birbaşa Ulu Öndərin adı ilə bağlıdır" ÖZƏL-ŞƏRH

image

“Gözəl deyirlər ki, tarix keçmiş siyasət, siyasət bugünkü tarixdir. Biz tarixi öyrənməklə, əslində, o dövrdəki siyasəti öyrənirik. Tarixə diqqət yetirəndə, görürük ki, siyasi proseslər hərbi münaqişələrin, yəni siyasətin nəticəsi olaraq, baş vermiş hadisələrin xronologiyasıdır. Bu mənada biz Heydər Əlyevdən danışanda istər tarixi ,istərsə də, siyasi kontekstdən gözümüzün qabağında bütöv bir era canlanır. Bu, Heydər Əliyev erasıdır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, ən başlıcası ondadır ki, bu era bu gün də davam edir: “Fiziki baxımdan Heydər Əliyev aramızda yoxdur, amma Onun yaratdığı siyasi era davam edir. Hesab edirəm ki, bu, Azərbaycanda yüzilliklər boyunca davam edəcək. Çünki Azərbaycanın müstəqil dövlətçiliyinin əsaslarının, ideoloji prinsiplərinin yaranması, Azərbaycan cəmiyyətinin formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edək ki, dövlət qurmaq üçün, əlbəttə, ideoloji konsepsiya, elmi əsaslar lazımdır. Bu gün elan edirik ki, müstəqil dövlətimizin ən aparıcı, birləşdirici konsepsiyası Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq konsepsiyasıdır. Azərbaycançılıq konsepsiyası isə müstəqillik dövründən başlamayıb. Əslində isə bu, 1969-cu ildən, ulu öndərin Azərbaycana hakimiyyətə gəldiyi illərdən başlayıb. Azərbaycançılıq hələ o dövrdə sovet imperiya şəhəri olan Bakının azərbaycanlaşdırılması, neft sənayesi, digər sənaye müəssisələrinin qurulması və azərbaycanlı gənclərin əyalətlərdən Bakıya daşınması ilə başlayıb. Ən nəhayət, azərbaycançılıq konsepsiyası 1978-ci ildə, Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasından başlayıb. Bu amillər milli, siyasi, etnik münasibətlərimizin aparıcı, birləşdirici üzvü olan Azərbaycançılıq ideologiyasının əsasları və kökləridir.Heydər Əliyevin dövlətçilik məktəbi bütövlükdə bir ağacdır. Bunun kökləri dərinliklərə gedir. Ulu öndərin fəaliyyətindən danışarkən, onu bütöv, tam şəkildə danışmaq lazımdır. Bu dövrü üç yerə, 1969-1982-ci illər, 1982-1987-ci illər, hətta yarımdövr kimi ortadakı dövrü də xarakterizə etmək olar. Ən nəhayət, müstəqillik dövrünə bölmək olar. Lazım gələrsə, müstəqillik dövrünün özünü bir neçə yerə - 1993-1995-ci illərə, 1995-ci ildən sonrakı dövrə ayırmaq olar. Bu tarixi dövrlər Azərbaycan xalqının möhtəşəm tarixidir. Qeyd olunduğu kimi, ulu öndər Heydər Əliyev, ilk növbədə, Azərbaycanı sənaye ölkəsinə çevirməyə başladı. Azərbaycanı sənaye ölkəsinə çevirməsi üçün məxsusi, məqsədyönlü siyasət həyata keçirməyə başladı. O dövrdə SSRİ büdcəsindən Azərbaycana ayrılan vəsaitin məbləği çox kiçik həcmdə idi. Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamıza ittifaq büdcəsindən ayrılan vəsait dəfələrlə artırıldı. Bütün bunların hər birinin arxasında Heydər Əliyevin titanik fəaliyyəti, rus şovinizmləri ilə mübarizəsi dururdu. Ona görə də, o dövr haqqında çəkinmədən, qətiyyətlə danışmaq lazımdır. Hərb olmasa, dövlət olmaz. Bu baxımdan, Azərbaycanda hərbi kadrların hazırlanması ilə bağlı ulu öndərin xüsusi siyasəti var idi. Sovet hərbi sisteminin tərkibində bu ali məktəblərin qurulmasına baxmayaraq, onlar milliləşirdi. Bütün bunlar ulu öndərin o dövrdəki fəaliyyətinin nəticəsi idi. Yəni, müstəqilliyimiz birbaşa ulu öndərin adı ilə bağlıdır.Dövlət yaratmaq, qurmaq olar, amma bu dövlətin varisliyini təmin etmək çətin məsələdir. Dövlətçiliyi ideoloji əsaslarla, müvafiq struktur ilə təmin etmək olduqca mürəkkəb məsələdir. Teymurləng də dövlət qurmuşdu. O, ölmünə yaxın üzünü Allaha tutub dedi ki, mən nə günah etmişdim ki, mənə fərsiz övladlar verdin? O, imperiyasının çökəcəyini əvvəlcədən görürdü. Amma Heydər Əliyev elə bir dövlət sistem qurdu ki, bu sistemin başında duran siyasi varis Azərbaycan dövlətinin gələcəyini təmin etdi. Dağlıq Qarabağ münaqişəsinin həlli, iqtisadiyyatın inkişafı, Azərbaycan cəmiyyətinin sosial-siyasi strukturunun formalaşması, etnik siyasi vasitəçiləri birləşdirəcək proseslərlə bağlı verilən qərarlar Onun uzaqgörənliyindən xəbər verir. Balanslaşdırılmış siyasət sözünə hər kəs qəribə bir hiss ilə baxırdı. Lakin 2008-ci ilin avqust ayının 7-də Gürcüstan hadisələrinə baş verənə qədər. Bu müharibədən sonra hamıya aydın oldu ki, balanslaşdırılmış siyasət nə deməkdir. Dahilik, uzaqgörənlik, xarizma, böyüklük, siyasi liderlik məhz Onun yürütdüyü siyasətdə və onun bariz nümunələrində özünü göstərir. Hesab edirəm ki, xalqımız hələ uzun müddət ulu öndərin Azərbaycan üçün etdiklərinin bəhrəsini görəcək”.

sia.az

Digər xəbərlər