Pakistanda Heydər Əliyevin doğum günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Azərbaycan Respublikasının Pakistandakı Səfirliyində qeyd edilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Səfirliyin kollektivi ümummilli lider Heydər Əliyevin Səfirlikdəki büstü önünə çiçəklər qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.Səfirlikdə keçirilən tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri qeyd olunub, Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşadığı vurğulayıb.Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı keçirilən ağacəkmə aksiyasında və iməcilikdə səfirliyimizin kollektivi Azərbaycanın Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin ərazisində və ətrafında ağac, çiçək və bəzək kolları əkib, çiçək və kolların ətrafını taxta dirəklərlə möhkəmləndirib, səfirliyin həyatyanı sahəsində olan bitkilərə qulluq göstərib və su veriblər.

sia.az