Siyasət

  • 3 644

Erkan Özoral: Heydər Əliyev təkcə Azərbaycanın deyil, türk dünyasının ən böyük liderlərindəndir

image

Ulu öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən böyük liderlərindən biridir.

Bunu mayın 10-da Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə müsahibəsində deyib.
Səfir qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri olmaqla yanaşı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur. Dahi şəxsiyyət fəaliyyətinin bütün dövrlərində Azərbaycanın inkişafı üçün çalışıb.
Diplomat bildirib ki, Heydər Əliyev türkdilli ölkələr və xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin genişləndirilməsi üçün də mühüm xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə böyük önəm verib. Ümummilli lider Heydər Əliyevin xatirəsi bizim üçün əzizdir.

yap.org.az

Digər xəbərlər