Siyasət

  • 3 728

SHXÇDX-da Ümummilli Liderin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

image

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı boyunca Azərbaycan naminə göstərdiyi xidmətlərindən danışıb. Bildirilib ki, milli mənəvi dəyərləri hər zaman uca tutan, qəlbi Azərbaycanla döyünən Ümummilli Liderin milli hərbi kadrların hazırlanması istiqamətində gördüyü işlər misilsiz xidmətlərindən biridir. Böyük siyasi səriştəyə, təcrübəyə və dünyagörüşünə malik olan dahi rəhbərin Bakıda əsasını qoyduğu hərbi məktəb, hərbi təhsil almaq üçün keçmiş SSRİ-nin ali hərbi məktəblərinə göndərdiyi o zamankı gənclər indiki qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin əsasını təşkil edir.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən irimiqyaslı layihələr, müasir ölkəmizin dinamik inkişafı konkret faktlarla diqqətə çatdırılıb. Bu nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq etdiyi vurğulanıb.Tədbir Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Vətənə, xalqa həsr edilən ömür” sənədli filminin nümayişi ilə davam etdirilib.Daha sonra SHXÇDX Aparatının və Bakı Qarnizonunun hərbi qulluqçuları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

sia.az

Digər xəbərlər