Siyasət

  • 3 593

"Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub" ÖZƏL - ŞƏRH

image

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Onun parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoyub”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sahibə Qafarova deyib.Deputatın sözlərinə görə, Ümummilli lider Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb və burulğanlı proseslərin içərisindən uğurla çıxararaq müstəqil respublikamıza həm bölgədə, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırıb: “Bütün ömrünü Azərbaycan xalqının firəvan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ulu öndər Heydər Əliyev öz əməli, atdığı addımları, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsil dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsil vətəndaş olduğunu sübuta yetirmişdir. Ümummilli liderimiz fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür: "Ulu öndərimizin rəhbərliyi ilə ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləmiş, xalqın birliyi yaranmışdır.Ümummilli liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası xalqın, millətin birliyinin təmin olunmasında möhkəm bünövrə olmuş, dünya azərbaycanlıları vahid amal uğrunda təşkilatlanmış, möhkəm həmrəylik nümayiş etdirmişdir. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o, öz əlləri ilə yaratmış, onun müstəqilliyini yaşatmış, inkişaf etdirmiş, bütün dünyaya tanıtmışdır. Bu gün ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin izləri, parlaq əməlləri görünməsin.Bu gün Ulu öndərin əsasını qoyduğu siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində də möhtəşəm nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin titanik fəaliyyəti Azərbaycanı nümunəvi inkişaf modelinə malik güclü dövlətə çevirib. Bu gün hər bir Azərbaycan vətəndaşı öz ölkəsi və Prezidenti ilə qürur duyur”.

sia.az

Digər xəbərlər