Siyasət

  • 3 621

"Paşinyan alternativ variantları nəzərdən keçirməlidir" ÖZƏL-MÖVQE

image

“Ermənistanın baş naziri Nikol Paşiyan 3 gün ərzində 3 ölkəyə - Lüksemburqa (12 may), Belçikaya (13 may) və Çinə (14 may) səfər edəcək”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.“Birinci 2 ölkə o qədər də maraqlı deyil. Ancaq Paşinyanın Belçikaya səfərinin sabahısı uzaq Çinə səfəri maraq doğurur. Bu yaxınlarda Pekində keçirilən “Bir yol, bir kəmər” toplantısına Paşinyan dəvətli deyildi. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan Prezidenti Pekindəki tədbirə dəvət olunmuşdu. Paşinyan görür ki, Ermənistan növbəti böyük layihədən də kənar qalır. Ona görə Paşinyan ölkəsi layihələrdən tam təcrid olunmasın deyə nəsə alternativ variantları nəzərdən keçirməlidir. Çinlə Ermənistanı hansı ortaq layihə biləşdirə bilər? Bunu Paşinyanın Çinə səfəri tamamlanandan sonra daha detallı təhlil edə biləcəyik. Ancaq Azərbaycan XİN bu haqda öz kanalları vasitəsilə indidən məlumatlar əldə etməyə çalışmalıdır”-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər