Siyasət

  • 3 782

“Rəsmi orqan məlumat yayırsa, mütləq bunun əsasları olmalıdır” ÖZƏL-ŞƏRH

image

“Böyük Britaniya XİN də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, ilk növbədə bu cür bəyanat Britaniya-Azərbaycan münasibətlərinin ruhuna yaraşmır: “İkincisi, obyektiv deyil. Ümumiyyətlə rəsmi bir orqan hansısa bir məlumat yayırsa, mütləq bunun əsasları olmalıdır. Bu gün Azərbaycan kriminal duruma görə ən sabit ölkələrdən biridir. Bəyanatda adı çəkilən oğurluq halları Azərbaycanda yoxdur və yaxud çox azdır. Dələduzluq çox azdır, etik davranışla bağlı ölkəmizdə problemlər yoxdur və s. Ona görə də düşünürəm ki, burada başqa məsələni axtarmaq lazımdır. Hesab edirəm ki, bu bəyanatın siyasi köklərinə enmək lazımdır. Burada antiazərbaycançı mərkəzlərin dəsti-xətti aydın görünür. Ümumiyyətlə həmişə bu kimi beynəlxalq tədbirlər həyata keçirləndə biz bu və ya digər mərkəzlərin (bəzən QHT-lərin, bəzən isə insan hüquqları təşkilatlarının, rəsmi dövlətlərin, müxtəlif qurumların bəyanatlarının) şahidi oluruq ki, bu Azərbaycana qarşı əslində bir qarayaxma kampaniyasıdır. Məsələnin mahiyyəti bundan ibarətdir. Düşünürəm ki, bu doğru deyil.Məsələn, Londonda 2017-ci ildə 225 247 oğurluq halı qeydə alınıb, Azərbaycanda isə bu rəqəm 7 898-dir. Azərbaycanda 3 856 dələduzluq halı qeydə alınıb, halbuki bu rəqəm Londonda 175 348-dir. Yol hərəkəti ilə bağlı cinayətə gəldikdə isə bu rəqəm bizdə 1 753, onlarda isə 103 918-dir. Belə olan halda Böyük Britaniyanın XİN hansı mənəvi haqla, əsasla Bakını ittiham edə bilər? Bu doğru yanaşma deyil. Bütün hallarda bu qeyri-obyektivdir. Hesab edirəm ki, bu informasiyaları əhaliyə çatdırmaq lazımdır. Azərbaycanın çox yaxşı beynəlxalq tədbirlər keçirmək təcrübəsi vardır. 2008-ci ildən “Bakı Prosesi” başlayıb və bu Proses çərçivəsində biz bu yaxınlarda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu keçirdik. Eləcə də buna misal olaraq Birinci Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını, Formula-1 yarışlarını keçirmişik. Bu cür tədbirlərin heç birində hansısa kriminal hadisə baş verməyib, bütün tədbirlər yüksək təhlükəsizlik şəraitində baş tutub. Əminik ki, bu kütləfi tədbir də ən yüksək səviyyədə baş tutacaq və bu da antiazərbaycançı mərkəzlərə ən yaxşı cavab olacaq”.

sia.az

Digər xəbərlər