Siyasət

  • 3 918

Mariya Suvorovskaya: Bakıda Avropa Liqasının finalı Azərbaycanın nüfuzunu göstərən çoxdan gözlənilən bir hadisədir

image

Bakıdakı Olimpiya stadionunda keçiriləcək Avropa Liqasının finalı Azərbaycanın nüfuzunu göstərən, ölkənin turizm potensialını artıran çoxdan gözlənilən bir hadisədir.

Bunu “Biznes-Dialoq-Media” nəşriyyat-kommunikasiya qrupunun baş direktoru Mariya Suvorovskaya söyləyib. O əlavə edib: “Düşünürəm ki, futbol həvəskarları təkcə oyunun özündən deyil, həm də Bakının ab-havasından, qastronomik və mədəni proqramlardan zövq alacaqlar”.
Mariya Suvorovskaya tez-tez Azərbaycanın qonağı olur. Bu yaxınlarda Bakıda və Moskvada onun “Kaçeli nad Kaspiem” kitabının təqdimatları keçirilib. O, bu günlərdə Azərbaycan paytaxtında təqdimatı keçirilən “Ya dışu Baku” mahnısının sözlərinin müəllifi və ifaçısıdır.
“Bakıya demək olar ki, yeddi ildir ki, gəlirəm. Əvvəlcə turist kimi, sonra işgüzar və humanitar məsələlər üzrə. İki gün əvvəl Azərbaycanda kitabımın təqdimatından qayıtmışam. Fəaliyyətimlə əlaqədar çoxlu səyahət edirəm və müxtəlif şəhərlərdə, ölkələrdə oluram. Ölkəyə gələn hər bir insan ənənəvi olaraq Bakıya xas olan xeyirxahlıq, səmimilik və qonaqpərvərliklə qarşılaşır. Bilirəm ki, Azərbaycanda keçirilən böyük beynəlxalq musiqi və idman tədbirlərinə gələn turistlər təkcə Bakıdakı gözəllik və rəngarəngliyi deyil, həm də təhlükəsizliyi yüksək qiymətləndirirlər. Həmişə köməyə gəlməyə, izah etməyə, yol göstərməyə hazır olan sakinlərin səmimi münasibəti Azərbaycanın çox böyük üstünlüyüdür. Ölkədə çox rahat şərait var, mən bunu öz təcrübəmdən bilirəm. İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər tədbirlər Bakını tədbir turizminin iri mərkəzinə çevirib”, -deyə M.Suvorovskaya vurğulayıb.

yap.org.az

Digər xəbərlər