Siyasət

  • 4 595

"Anti-milli ünsürlərin məqsədi Azərbaycanda çaxnaşma yaratmaqdır" ÖZƏL-MÜNASİBƏT

image

“Mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir. Görün ki, onlar nə qədər Azərbaycanın əleyhinə gedirlərsə, nə qədər öz xalqına, millətinə qarşı daxillərində hiddət və nifrət varsa artıq nə edəcəklərini də bilmirlər”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.“Onların sayı heç barmaqla sayılacaq qədər də deyil. Yəni onların 3 nəfər adamla nəyi əldə etmək istəkləri belə bəlli deyil. Onlar orada yenə də qanunsuz əməlləri ilə yadda qalmaq istəyirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdü. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biridir. Bu, Azərbaycanın uğurundan, xarici siyasətindən, eləcə də ölkəmizin bir çox Avropa İttifaqı ilə imzalamış olduğu sənədlərin əhəmiyyətindən xəbər verir. Bütün bunların fonunda 3 nəfər anti-milli ünsürün Azərbaycanın əleyhinə getməsi ölkəmizə qarşı hörmətsizlikdir.Hətta deyərdim ki, onların öz Prezidentinə qarşı bu hərəkətləri həmin o xaricilərə satılmaqlarının bir göstəricisidir. Bu anti-milli ünsürlərin məqsədi Azərbaycanda daxili çaxnaşmalar yaratmaqdır. Düşünürəm ki, o 3 nəfər də həmin o maşalardan biridir. Artıq onların da özləri yavaş-yavaş başa düşürlər ki, düz yolda deyillər və nəticədə düzgün yola qayıdırlar. Biz onları alqışlayırıq”, -deyə, S.Orucov fikrini tamamlayıb.

sia.az.

Digər xəbərlər