Siyasət

  • 4 412

"Brüsseldə bağ verənləri anti-millilərin son iflası saymaq olar" AÇIQLAMA-ÖZƏL

image

“Mayın 13-də Brüsseldə 3-4 nəfər antimilli ünsürün aksiya keçirmək cəhdi anlaşılmaz, gülməli və rüsvayçı təsir bağışladı. Aşkar görünür ki, antimilli radikal düşərgə böyük sürətlə aşılanır və sıraları seyrəlir. Az-çox məsuliyyət hissinə malik olan və öz ləyaqətinə hörmət edən bəziləri antimilli sıraları tərk edərək normal müstəviyə qayıdır, bəziləri xaricdəki düşmən mərkəzlərlə əməkdaşlığın artıq perspektivsiz olduğunu anlayır, bəziləri isə Azərbaycanın real gücünü nəhayət ki qəbul edir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.Baş redaktor bildirib ki, ötən gün Brüsseldə son çırpıntılar üçün toplaşan 3-5 radikal məncə tam iflas prosesi yaşayan radikalların son nümayəndələridir: “Ortada bir neçə nəfər qalıb. Bizim üçün vacib olan odur ki, radikal antimilli qruplaşma Azərbaycana düşmən qüvvələrin əlində həm alət oldular, həm də onların oyunlarının içində əriyib gedirlər. Brüssel səhnəsini antimillilərin son iflas aksiyası da saymaq olar. Aksiya keçirdikləri anda onlar böyük təkərin altında əzilməkdən qurtulmağa çalışan kiçik əşyalara bənzəyir”.A.Quliyev söyləyib ki, antimilli yol tutanların vətənpərvərlik mövqeyindən danışmaq mümkünsüzdür: “Çünki, öz dövlətinə qarşı anti-Azərbaycan mərkəzlərinin oyununu oynamaq vətənpərvərlik adlana bilməz”.Siyasi ekspert qeyd edib ki, psevdovətənpərvərlərin Brüssel cəhdləri nəinki onların öz boslarının etimadını doğrultmadı, Azərbaycan cəmiyyətində də heç bir əks-səda vermədi: “Bu, belə də olmalı idi. Azsaylı antimilli qrup öz fiaskolarının son Brüssel mərhələsində bir vacib şansı əldən buraxdılar Əgər onlar Avropa İttifaqının yekun bəyanatına münasibətdə Azərbaycan dövlətinin siyasətinə dəstək versəydilər, bütün əvvəlki günahlarına baxmayaraq reabilitasiya oluna və xalq qarşısında günahlarını yuya bilərdilər. Bu böyük şansın buraxılması o deməkdir ki, onların qismətində Azərbaycan tarixinin lənətlənmiş personaları kimi əbədi qalmaq rüsvayçılığı var imiş. Azərbaycan öz yolu ilə irəliləyir, əzilməkdə olan beş-üç radikalın çığır-bağır salması bu yola təsir gücündə deyil”.

sia.az

Digər xəbərlər